Bia.Az

ABŞ-dan 7 fevral seçkiləri ilə bağlı pozitiv addım

Siyasət
 8-02-2024, 19:38     222

ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu və 7 fevralda növbədənkənar prezident seçkiləri ilə bağlı “ekzit-poll”un nəticələrini elan edib.

ABŞ-ın son vaxtlar anti-Azərbaycan mövqeyi, qərəzli bəyanatlar səsləndirməsinin ardınca prezident seçkilərində yaxından iştirakı maraq doğuran nüansdır. Vaşinqtona bağlı təşkilatların Prezident İlham Əliyevin seçkidə qələbəsini bəyan etməsi xüsusi diqqət çəkir. Bu, beynəlxalq təşkilat olaraq ilk və ciddi mövqe oldu.

Mövzu barədə Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, ölkə daxilində və xaricində Prezident İlham Əliyevin qələbəsinə şübhə yox idi:

Turab Rzayev
“Prezidentliyə namizədlər də bu prosesdə İlham Əliyevin qələbə çalacağının, ona rəqib ola bilməyəcəklərinin fərqində idilər. İkinci Qarabağ müharibəsi və uğurlu antiterror əməliyyatı, Xankəndinin azad edilməsi və s. İlham Əliyevi digər namizədlər arasında alternativsiz etmişdi. Ona görə də insanlar arasında digər namizədlərin ciddi nəticə əldə edəcəyi ilə bağlı düşüncə yox idi.

Adətən ATƏT və AŞPA hər hansı seçkiləri izlədikdə daha çox tənqidi fikirlər yazırlar. Həmin beynəlxalq təşkilatlar da Prezident İlham Əliyevin yüksək reytinqinin olduğunu qəbul edirlər. Bu faktın ABŞ şirkətləri tərəfindən danılması da gözlənilmirdi”.

Qeyd edək ki, “Oracle Advisory group” indiyədək Azərbaycanda baş tutan 4 seçkidə “ekzit-poll” keçirib.скачать dle 12.1