Bia.Az

Prezidentin andiçmə mərasimi harada olacaq? – Elə yer təklif edildi ki…

Siyasət
 8-02-2024, 16:18     265

Növbədənkənar prezident seçkilərində ən diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin Xankəndidə səs verməsidir. Aydın məsələdir ki, Prezident bununla mesaj verir.

Maraqlıdır, İlham Əliyevin Xankəndi mesajı nəyə hesablanıb? Niyə məhz bu şəhərdə səs verdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İlham Əliyev Şuşada da səs verə bilərdi:

“Hesab edirəm, onun Xankəndidə səs verməsi strateji əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan ərazisində separatizm Xankəndidə başlamışdı. Separatizm yenə məhz burada – Xankəndidə bitdi. Hesab edirəm, Prezident də ilk növbədə bunun mesajını verdi.


Elxan Şahinoğlu
İkincisi, bu gün hələ də bir çox ölkə və güc Qarabağın işğaldan azad edildiyini, öz sahibinə qayıtdığını anlamır, dərk etmir. Bu güclər hələ də ermənilər üzərindən nəyəsə nail olmaq istəyirlər. Prezident Xankəndidə mesaj verərək bu məlsənin birdəfəlik bitdiyi mesajını verdi.

Hesab edirəm, prezidentin Xankəndidə səs verməsi çox mühüm addımdır və bunun ardı gəlməlidir. Söhbət prezidentin andiçmə mərasiminin Xankəndidə keçirilməsinrən gedir. Bu zaman ölkəmizdəki diplomatik nümayəndələr, səfirlər Xankəndiyə gəlməli olacaq. Hansı ki, onların arasında hələ də işğaldan azad edilmiş ərazilərə səfər etməyənlər var”.скачать dle 12.1