Bia.Az

"Seçki, geosiyasi proseslər fonunda Azərbaycanın gələcək inkişafına və təhlükəsizliyimizə təsir göstərəcək"

Siyasət
 2-02-2024, 14:24     242

“Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ciddi siyasi hadisə olacaq. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda keçiriləcək olan bu tarixi seçki, regionda baş verən siyasi proseslər fonunda Azərbaycanın gələcək inkişafına və təhlükəsizliyimizə ciddi təsir göstərəcək”.


Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. O, qeyd edib ki, əzəl gündən Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili önəmli rol oynayıb. Prezidentliyə namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi.
Müşfiq Cəfərov 
Müşfiq Cəfərov

Deputatın fikrincə, 2020-ci ilə qədər keçirilən seçkilərdə namizədlər çıxışlarını əsasən keçmiş Qarabağ münaqişəsi ətrafında quraraq rəqibi hədəf alırdılar. Bu gün seçkilərdə Qarabağ mövzusundan ancaq qürurla danışıla bilər.

“Bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Bu, həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir”-deyən deputat vurğulayıb ki, sağlam rəqabət şəraitində keçiriləcək seçkilərin nəticələri heç bir tərəfdə, hətta beynəlxalq təşkilatlarda belə şübhə doğurmayacaq.скачать dle 12.1