Bia.Az

“Bəzi ekspertlər efirdən ağızlarına gələni danışırlar” – Professordan qaragüruha sərt tənqid

Siyasət
 31-01-2024, 13:27     187

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul etməsi təşkilatın gerçək üzünü bir daha ortaya qoydu. Bu istiqamətdə bütün resurslarımız ilə müqavimət göstərməli, etiraz etməliyik”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, AŞPA-da əleyhimizə verilən haqsız, ədalətsiz qərara bir çox savadlı, intellektual ekspertlər, şərhçilər, habelə rəsmilər etiraz etdi, reaksiya göstərdi:

“Bu bir vətəndaşlıq borcudur. Media, informasiya resurları, sosial şəbəkələrin Azərbaycan seqmenti bu istiqamətdə daha aktiv olmalı, təbliğatı gücləndirməlidir. Bununla belə, bəzi neqativ hallar da olur. Söhbət AŞPA-ya hücumlarda qaragüruh xəttinin sezilməsindən gedir.


Qabil Hüseynli

Ümumiyyətlə nəzərə almaq lazımdır ki, AŞPA haqqında nəsə yazarkən geniş araşdırıb təhlil etmək, qarşı tərəfə tutarlı arqument sərgiləmək lazımdır. Çünki bu milli məsələdir. Söz xətrinə nəsə yazmaq doğru deyil. Bəzi internet tv-ləri isə ümumiyyətlə mövzuya aidiyyəti olmayan şəxsləri efirə dəvət edir. Onlar da çıxıb ağızlarına gələni danışırlar”.

Q.Hüseynli deyib ki, ekspertlərin bəziləri təyinatı üzrə danışdırılmır:

“Bunun nəticəsində də bəzən gülməli fikirlər ortaya çıxır. Ümumiyyətlə hər məsələ olduğu kimi AŞPA mövzusu da gündəmdə qalmalı, davamlı təbliğat aparılmalıdır. Lakin ekspertlər təyinatı və ixtisası üzrə danışsa daha yaxşı olar. Qərb təcrübəsində bu belədir. Qardaş Türkiyə efirlərində də vəziyyət belədir”.скачать dle 12.1