Bia.Az

"Enerji təhlükəsizliyini təmin edən və sərmayə "yol"unda dayanan Azərbaycan Avropa üçün önəmlidir"

Siyasət
 31-01-2024, 12:00     185

Son zamanlar Avropa ilə Azərbaycan arasında münasibətlərdə müəyyən soyuqluq hiss edilir. AŞPA-nın qəbul etdiyi qərarlar, Azərbaycan nümayəndə heyətinin AŞPA-dan imtina etməsi vəs. bu kimi hadisələr fonunda Avropaya vizaların verilməsi ilə bağlı problemlərin olacağı ilə bağlı sosial şəbəkələrdə müzakirələr aparılır. Həqiqətən Avropa Azərbaycan münasibətlərində gərginlik viza verilməsinə təsir edə bilərmi?

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bir mənalı şəkildə demək olmaz ki, Avropa ilə münasibətlərimiz gərgindir. Çünki Avropanın müxtəlif institutları var ki, bu institutlarla da münasibətlər zaman-zaman inkişaf edir. Münasibətlər inkişaf edən zaman müəyyən məqamlar var ki, onlar üzə çıxır. Bu zaman tərəflər arasında hansısa məsələlərlə bağlı əlavə dəqiqləşdirmələrə, o siyasi xətlərin müəyyən olunması ilə bağlı birgə işə ehtiyac yaranır.
Azər Allahverənov 
Azər Allahverənov

“Misal üçün Avropa İttifaqı ilə, Avropa Şurasını götürsək, yəni bizim daha çox iki qurumla münasibətlərimiz sıxdır. Avropa İttifaqı ilə olan münasibətlərimiz kifayət qədər intensiv şəkildə inkişaf edir. Burada bir çox məsələlər var ki, enerji təhlükəsizliyi və digər məsələlər. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər artan xətt üzrə inkişaf etməkdədir. Bu istiqamətdə də müəyyən birgə fəaliyətlər həyata keçirilir. Avropa Şurasının da, müxtəlif institutları var. Onların arasında misal üçün AŞPA-nı götürək, AŞPA ilə bizim aramızda müəyyən gərginlik var. Amma Avropa Şurasının ATƏT institutu ilə münasibətlərimiz çox yaxşıdır. Bu baxımdan “Avropa ilə münasibətlər gərginləşir” demək düzgün olmaz. Ayrı-ayrı dövətlərlə münasibətlərdə müəyyən bir soyuqlaşma hiss olunmaqdadır. Məsəl üçün Azərbaycan və Fransa arasında, son olan hadisələr fonunda daha çox Azərbaycanla Almaniya arasında münasibətlərin soyuqlaşması ilə bağlı müəyyən proqnozlar verirlər. Amma bu da bir mənalı deyil. Çünki Avropa Almaniyanın siyasi politrasında müxtəlif meyilli siyasi qruplar var ki, o qrupların bir qismi Azərbaycana yaxındırsa, digər bir qismi Azərbaycan əleyhinədir. Məsələn; axırıncı AŞPA-da olan o qətnamənin irəli sürülməsinə təşəbbüs göstərən “sosial demokratlar” daha çox Azərbaycanın əleyhinə hər zaman müəyyən mövqeyi ilə seçilən şəxslər hesab olunur. Bu zaman-zaman dəyişir və müxtəlif dövrlərdə müxtəlif məqamlar üzə çıxır. İstənilən halda, bu bir siyasi prosesdir. Burada hər bir tərəfin özünə məxsus yanaşması var. Son hadisələr də göstərdi ki, misal üçün Almaniyada bir qrup Azərbaycan əleyhinə olan qətnaməni irəli çəkməklə özləri üçün əlavə dividentlər qazanmaq istəyir. AŞPA-da indi müəyyən məqsədlər də var. Bununla bağlı, Fransa digər bir qətnamə və digər bir mövqe sərgiləməklə Avropa İttifaqına təsirlərini göstərməyə çalışır. Çalışır ki, Avropa İttifaqı da öz mövqelərini dəyişsin”-deyən ekspert vurğulayıb ki, bu hadisələr 44 günlük Vətən müharibəsindən sonra xüsusilə biruzə verir. Çünki Azərbaycan ərazi bütövlüyünü təmin etmiş bir dövlətdir. Azərbaycan hazırda kifayət qədər güclü dövlətdir. Sadəcə Cənubi Qafqaz bölgəsində yox, ümumiyyətlə Avrasiya qitəsində söz sahibi olan bir dövlətdir. Bir çox lahiyələr Azərbaycanın təşəbbüsü və Azərbaycanın birbaşa iştirakı ilə həyata keçirilir. Yəni Azərbaycan bu lahiyələrdə iştirak etməsə, Avropa dövlətləri çox çətin vəziyyətə düşə bilər.

Ekspert deyir ki, Azərbaycansız Avropa mümkün deyil. Məsəl üçün enerji təhlükəsizliyi, Azərbaycansız necə təmin oluna bilər? Və ya tutaq ki, logistika lahiyələrində də vəziyyət eynidir. Yəni bu layihələr Azərbaycan üzərindən gedən lahiyələrdir. Bu gün Avropa İttifaqı, Xəzər lahiyəsi üçün kifayət qədər bir böyük sərmayə ayırmaqdadır ki, bunların da hamısı məhz Azərbaycan üzərindən həyata keçirilməkdədir.
Ekspert hesab edir ki, münasibətlər nə qədər gərginləşsə də, indi hansısa elementlər üzrə tutaq ki, viza təminatı məsələrində və digər məsələlərdə onlar bizə qarşı hansısa üsullardan istifadə edə bilər. Reallıqda Azərbaycan kifayət qədər güclüdür ki, mümkün təhdidlərin qarşısını alsın və adekvat cavablar versin.

“Digər tərəfdən, hansı baxış bucağından sərgiləsək belə, yenə də “Azərbaycansız” Avropa mümkünsüzdür. Avropanın enerji təhlükəsizliyinə əsas qarant kimi də, bu gün Azərbaycan tərəfi çıxış edir”-deyə ekspert bildirib.скачать dle 12.1