Bia.Az

"Hüquq və azadlıqlardan "dərs" keçən ABŞ-da seçki mərhələsi ciddi qanun pozuntuları ilə davam edir"

Siyasət
 31-01-2024, 10:52     132

“Bu gün dünyada demokratiyadan, insan hüquq və azadlıqlarından dünya xalqlarına dərs keçməyə çalışan dünyada demokratiyanın beşiyi olduğunu elan edən, ABŞ-da prezident seçkilərinin ilkin mərhələsi başlayıb. Çox təəssüf ki, demokratiyadan, azad seçki hüquqlarından ağız dolusu danışan, dünyanın ayrı-ayrı dövlətlərinə bu istiqamətdə dərs keçməyə çalışan ABŞ-da bu proses çox ciddi qanun pozuntuları ilə davam etməkdədir. Keçmiş prezident respublikaçı namizəd Donald Trampın hakimiyyət zirvəsinə yolunu bağlamaq üçün ona maneələr törətmək üçün bütün mümkün leqal və qeyri-leqal, qanuna zidd vasitələrdən istifadə etməyə çalışılır. Xüsusilə də, Trampa qarşı ölkənin ayrı-ayrı ştatlarında daha çox demokratların təsiri altında olan ştatlarda müxtəlif qanunsuz ittihamlarla, iqtisadi cinayətlərdə ittiham etməklə, cinayət işləri açmaq istiqamətində təşəbbüslər göstərməklə, Trampın prezident seçilmə şanslarının zəiflətməyə, bu şanslara zərbə vurmağa çalışırlar”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Anar Əliyev danışıb. Politoloq qeyd edib ki, eyni zamanda demokratlar tərəfindən bir çox istiqamətlərdə antireklam, antitəbliğat maşını ciddi şəkildə işə düşüb. Qarayaxma kampaniyası çox açıq şəkildə rəsmi dövlət xəttinə çevrilməkdədir. Bunun üzərindən təbii ki, sosial mediada rəqibə qarşı qanuna müvafiq mübarizə aparmaq əvəzinə sosial media üzərindən dezinformasiya yaymağa çalışılır. Eyni zamanda hər zaman ABŞ-ın seçki sisteminin qüsuru kimi naqisliyi kimi qiymətləndirilən post səsvermələri sistemində növbəti dəfə saxtakarlığın ediləcəyi ilə bağlı məlumatlar geniş şəkildə tirajlanmaqdadır.
Anar Əliyev
 Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Politoloqun fikrincə, bütün bunlar onu göstərir ki, dünyanın ayrı-ayrı bölgələrində ayrı-ayrı dövlətlərin və xalqların iradəsinə təsir edib və onları ABŞ maraqları ilə hesablaşmaq məcburiyyətinə qoyan demokratlar hakimiyyəti hətta öz daxillərində də insanların iradəsi ilə hesablaşmadıqlarını və insanların iradəsi üzərində hökmranlıqalarını təmin etməyə çalışdıqlarını, nə yolla olur-olsun demokratların hakimiyyətlərini qoruyub saxlamağa çalışdıqlarını deməyə imkan verir.

“Qoca Bayden kifayət qədər artıq ciddi sağlamlıq problemləri ilə üz-üzədir. Belə bir şəxsi alət etməklə, ABŞ kimi qlobal güc iddiasında olan və dünyanın təhlükəsizliyi üçün qarant rolunda çıxış etmək iddialarını ortaya qoyan bir dövlət artıq özü daxildən deqradasiyaya uğradığını nümayiş etdirir. Təsadüfi deyil ki, 2020-ci il seçkilərinin nəticələrinə etiraz edən dinc sakinlərin Kaputoliya yüksək təpələrinə, konqres binasına hücumları da növbəti seçkilərdə respublikaçıların antidemokratik seçki davranışları kimi qiymətləndirilməyi növbəti seçkilərdə də oxşar addımları atmağa hazırlaşdıqları ilə bağlı yalan, dezinformasiya xarakterli xəbərlər yaymağa çalışırlar. Eyni zamanda demokratlar tərəfindən respublikaçıların müstəqil və sərbəst seçki kampaniyası aparmasına müxtəlif maneələr törədilir”-deyə politoloq bildirib. Onun sözlərinə görə, Trampın seçiciləri ilə görüşlərinə mümkün maneələr törətməklə, bu görüşlərin baş tutmadığını seçici aktivliyinin müşahidə olunmadığını təqdim etməyə çalışırlar.

Politoloq hesab edir ki, bu bir daha ABŞ daxili sistemin hansı vəziyyətdə olduğunu, artıq bir stabil sistem səviyyəsindən çıxdığını, zəifləməkdə və dağılmaqda olan bir rejimin, özünü qoruyub saxlama inistinktindən irəli gələn qanuna zidd cəhdləri və davranışları kimi qiymətləndirilməlidir.

“Bu, həm də ABŞ-ın daxili siyasəti ilə xarici siyasəti arasında balanslaşdırmanı həyata keçirmək, ABŞ vətəndaşlarının sosial rifahının və gəlirlərinin artırılması hər şeydən öndə ABŞ vətəndaşlarının dayandığını elan edən respublikaçılar partiyasının namizədinin irəli sürdüyü idealara, demokratların irəli sürdüyü əks arqumentlərin qeyri-leqal, qeyri-qanuni yollarla təbliğ edilməsi, insanların, cəmiyyətin şüruna zorla qəbul etdirilməsi kimi qəbul edilməlidir.

Növbəti noyabr ayında keçiriləcək prezident seçkiləri kifayət qədər narahatedici məqamlarla müşahidə oluna bilər. Eyni zamanda ABŞ-ın daxilində çox ciddi sarsıntılara, çox ciddi silkələnmələrə gətirib çıxara bilər. Demokratların adlarını daşıdığı prinsiplərə zidd davranışları, bu seçkilərdə də növbəti saxtakarlıq etməklə öz hakimiyyətlərini qoruyub saxlamağa istiqamətlənmiş cəhdləri ilə müşahidə oluna bilər”-deyə Anar Əliyev əlavə edib. Onun sözlərinə görə, son dövrlər ABŞ-ın mövcud rəhbəri Co Bayden administrasiyasının ortaya qoyduğu mövqe və eyni zamanda demokratların sərgilədiyi antidemokratik yanaşmalar, xüsusilə də dünyanın ayrı-ayrı bölgələrində Rusiya-Ukrayna cəbhəsində, Orta Şərqdə, Yaxın şərqdə, Cənubi Qafqaz bölgəsindəki proseslərə qeyri-adekvat və reallıqların prinsiplərinə reallıqların şərtlərinə uyğun olmayan davranışlar, demokratların hakimiyyətdə qalması, ABŞ-ın destruktiv fəaliyyətinin bundan sonrada davam etdirəcəyinə deməyə imkan verir.
Bu gün fəaliyyətə başlayacaq, Amerikada dini konvensiyalarla bağlı, dini müxtəlifliklə bağlı konfransda 5 məruzəçidən 4-nün monomilli və monodini konvensiya sistemini, siyasətini həyata keçirən erməni dövlətinin, Ermənistan dövlətinin və erməni xalqının nümayəndəsi seçilməsi onu göstərir ki, Amerika üçün fundamental dəyərlər, BMT prinsipləri, Avropa dəyərləri, demokratik prinsiplər artıq çoxdan ayaqlar altına atılıb, çoxdan yalnız söz yığınından ibarətdir. İradəsini sındırmağa çalışdığı xalqlara və dövlətlərə qarşı mübarizə alətidir.

Politoloq hesab edir ki, ABŞ-da keçiriləcək növbəti seçkilər dünyanın bir çox bölgələrində sabitliyin təmin olunmasına və ya gərginliyin artmasına ciddi təsirlər göstərməklə yanaşı, həm də ABŞ-ın daxili stabilliyinin qorunmasında da çox mühüm nəticələri və təsirləri olacaqdır. Demokratların hakimiyyətini qoruyub saxlaması ABŞ daxilində gərginliyi artırmaqla yanaşı, dünyanın bir çox bölgələrində süni yaradılmış münaqişələrin, dövlətlər arası narazılıqların ayrı-ayrı etnik, milli və dini zəminli toqquşmaların çoxalması ilə müşahidə olunacaq.
Politoloqun fikrincə, Respublikaçıların - Trampın hakimiyətə gəlməsi müəyyən mənada demokratların bu siyasətinin zəifləməsi və tədricən buna əks beynəlxalq xarici siyasətin tətbiqi ilə müşahidə oluna biləcəkскачать dle 12.1