Bia.Az

Xəbərdarlıq: “Bu təşkilatlarla diqqətli olmalıyıq, rəqiblərimiz bunu gözləyir…”

Siyasət
 27-01-2024, 14:19     137

Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırması geniş müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edir ki, rəsmi Bakı ümumiyyətlə AŞPA ilə yolları birdəfəlik ayırmalıdır.

Bəs Bakı buna gedəcəkmi? ATƏT, Aİ ilə əməkdaşlıq qalmaqla, digər Avropa qurumlarından çıxacaqmı? Bu, Bakı və AŞPA üçün hansı vəziyyəti yaradır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan AŞPA-da öz fəaliyyətini birdəfəlik dayandırmayıb:
“Qeyri-müəyyən müddətdə əməkdaşlığın dayandırılması qarşı tərəf üçün də fürsət tanımaq anlamına gəlir.


İlyas Hüseynov
AŞPA əgər Azərbaycan ilə münasibətləri dəyişmək, etdiklərini nəzərdən keçirtmək, eyni zamanda münasibətlərin inkişafı üçün münbit şərait yaratmaq istəyirsə, bu, mümkündür. Bunun üçün ilk növbədə mövcud ritorika dəyişilməlidir.

Məsələ ondadır ki, AŞPA uzun müddətdir Azərbaycana qarşı ikili standartlar tətbiq edir. Bundan başqa təşkilat özünü təkəbbürlü apararaq açıq-aşkar islamafob, türkofob, Azərbaycanafob siyasət yeridir. Azərbaycana qarşı sistematik şəkildə atılan bu addımlar dayanmalıdır.
O ki qaldı ATƏT, Aİ ilə əməkdaşlıq qalmaqla, digər Avropa qurumlarından çıxmağa, deyə bilərəm ki, radikal qərar vermədən öncə düşünmək, analiz aparmaq lazımdır. Nəzərə almaq lazımdır ki, rəsmi Bakı bu təşkilatlara elə asan üzv olmayıb. Rəqiblərimizin istədiyi ən böyük şey Azərbaycanın AŞPA və digər təşkilatlardan çıxmasıdır. Buna görə diqqətli olmalıyıq”.скачать dle 12.1