Bia.Az

Sevinməyin, AŞPA-nın Bakıya hücumunun səbəb budur – Ananyan

Siyasət
 26-01-2024, 16:11     178

“Ermənistan hakimiyyəti bütün cahilliyi, savadsızlığı və populizmi ilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırmasını özünün diplomatik qələbəsi hesab edir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Davit Ananyan deyib.

O bildirib ki, Qərbin Azərbaycana qarşı kampaniyalarının məqsədi başqadır:

“Reallıq budur ki, baş verənlərin Ermənistanla, Qarabağ məsələsi ilə heç bir əlaqəsi yoxdur. Qərb bunu Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün edir. Həmçinin Azərbaycan vasitəsilə İrana təzyiq göstərmək istəyir, lakin buna nail ola bilmir”.скачать dle 12.1