Bia.Az

İran Azərbaycana hücum edə bilər? – Tsinkerdən diqqətçəkən açıqlama

Siyasət
 26-01-2024, 10:44     120

“İran müəyyən məsələlərdə siyasi bəyanatlar verə bilər, lakin Ermənistan üçün müharibə etməyəcək, hərbi əməliyyatlara əl atmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İsrail parlamentinin keçmiş üzvü, politoloq Aleksandr Tsinker deyib.

O, İranın Azərbaycanla münaqişədən çəkindiyini bildirib:

“Bakı ilə Tehran arasında münasibətlər yaxşılaşa, yaxud pisləşə bilər, lakin İran anlayır ki, şimal əyalətlərində onmilyonlarla azərbaycanlı yaşayır. Bu isə İran üçün potensial təhlükədir. Ona görə də Tehran çətin ki, Bakı ilə münaqişəyə girsin”.

Politoloq qeyd edib ki, Yaxın Şərqdə liderlik uğrunda mübarizədə İran Türkiyə tərəfindən sıxışdırıla bilər:

“Amma Azərbaycanın buna da ehtiyacı yoxdur. Bakı ilə Tehran arasında birbaşa hərbi münaqişənin baş verməsi mümkün görünmür. İran hətta maliyyələşdirdiyi Husilər, Hizbullah və HƏMAS kimi qruplaşmalar vasitəsilə müharibə edir, özü birbaşa qoşulmur.

Nəzərə almaq lazımdır ki, Ermənistanın çox az müttəfiqi var: xalq və ordu. Bu səbəbdən İrəvana alternativləri dəyərləndirməyi tövsiyə edirəm”.скачать dle 12.1