Bia.Az

Avropa İttifaqının özündə vəziyyət yaxşı deyil-Əli Zülfüqaroğlu

Siyasət
 25-01-2024, 15:33     167

"Avropa İttifaqının müxtəlif strukturlarının Azərbaycana qarşı atdığı addım qərəzlidir və Fransanın basqısı ilə həyata keçirilir. Təbii ki, burda məqsəd geosiyasi maraqların təmin olunmasıdır. Ermənistan burada alət rolunda çıxış edir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib: 

"Biz, xüsusilə ABŞ-dəki seçkilərdən sonra Avropa İttifaqı daxilində Fransa və Almaniyada bu cür halların, etirazların daha geniş vüsat alacağını gözləyə bilərik. 

Trampın reytinqi yüksəkdir. Onun hakimiyyətə gələcəyi halda Fransada Makronla bağlı problemlər yaranacağı və eyni zamanda Avropa İttifaqının dağılma prosesinin sürətlənəcəyi gözlənilir. Bu səbəbdən, biz Avropa İttifaqının özündə də vəziyyətin yaxşı olmadığını deyə bilərik. Xüsusilə Ukrayna savaşında alət kimi istifadə olunan Avropa İttifaqı  daha çox zərər çəkən böyük coğrafiyalardan biri oldu. Bura da ABŞ maraqlarını müəyyən qədər təmin etsə də, Avropa İttifaqının, xüsusilə Avropa İttifaqının iqtisadi cəhətdən lokomativi olan Almaniyanın maraqlarına çox ciddi zərbə dəydi. Almaniya ilə Fransa arasında da müəyyən problemlər var. Fransa isə yalnız özünün və ABŞ-nin maraqları çərçivəsində çıxış edir. Çalışır ki, Ukraynaya yardım məsələsində özü kənarda qalaraq, Almaniya və digər ölkələrin resurslarından istifadə etsin. Bu da ciddi şəkildə narazılıqlara səbəb olur. Biz, bundan sonra Avropa İttifaqı daxilində problemlərin daha geniş vüsat alacağını gözləyə bilərik".скачать dle 12.1