Bia.Az

Təzyiq dalğasının seçki öncəsi güclənəcəyi istisna deyil

Siyasət
 25-01-2024, 15:17     161

"AŞPA-nın Azərbaycana qarşı qaldırdığı məsələdə "Qarabağdan erməni sakinlər zorakılıqla çıxarılıb" iddiasını səbəb kimi göstərməsi əsas hədəfin nə olduğunu anlamağa imkan verir. Qərbdə erməniləri Qarabağa istədikləri formada - "təhlükəsizlik zəmanəti" altında qaytarmaq istəkləri hələ də var, lakin Bakının bunu qəbul etməyəcəyini bilirlər. Bu baxımdan, "Qarabağın erməni əhalisi" kartını Azərbaycanı sülh danışıqlarını Qərb düşərgəsində aparmağa məcbur etmək siyasətində istifadə edirlər".

 "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib:

 "Fransa Senatının qətnaməsi, Avropa Parlamenti, AŞPA, eləcə də Borelin son açıqlamaları eyni siyasətin tərkib hissəsidir. Hərçənd, rəsmi Bakı Ermənistanın gündəliyinin - sərhədin delimitasiyasının İrəvanın təklif etdiyi "güzgü prinsipi" üzrə aparılması,  kommunikasiyanın yenə ermənilərin istədiyi formada açılması, Naxçıvana maneəsiz keçidin verilməməsi və s. - irəli sürüldüyü Avropa platformasında danışıqlara getməyəcək, bütün "körpüləri yandırmaq" hesabına olsa belə. Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dondurması da rəsmi Bakının bu siyasətə qarşı adekvat cavabıdır. Təzyiq dalğasının seçki öncəsi və sonrasında güclənəcəyi də istisna deyil".скачать dle 12.1