Bia.Az

Müzəffər Liderimizlə yeni zəfərlərə addımlayırıq”

Siyasət
 25-01-2024, 01:29     195

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağsu rayonunun Pirhəsənli, Qaraqaşlı və Yenilik kəndlərində seçicilər ilə görüş keçirilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Əli Hüseynov, Günay İnayətova çıxış ediblər.

Qeyd olunub ki, qalib xalqın Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib və Azərbaycanın qarşısında daha geniş üfüqlər açılıb. “Müzəffər Liderimizlə yeni zəfərlərə addımlayırıq” ,- deyə vurğulanıb.

Natiqlər seçiciləri Zəfər seçkisində Yeni Azərbaycan Partiyasının namizədi, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

“Müzəffər Liderimizlə yeni zəfərlərə addımlayırıq”

Xeberci.infoскачать dle 12.1