Bia.Az

Qərbin Qafqazda təhlükəli ssenarisi – NATO hərəkətə keçir, Ermənistanda təcili hazırlıq

Siyasət
 24-01-2024, 17:20     193

Erməni hərbi ekspert Hayk Nahapetyan deyib ki, Qərb Ukraynadakı məğlubiyyətini qəbul edə bilmədiyi üçün Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Ekspert Ermənistan Müdafiə Nazirliyinin ordu üçün NATO standartlarına uyğun yeni formalar sifariş verməsini “Qərbin diktəsi” adlandırıb.

Ermənistan ordusu NATO standartlarına uyğunlaşdırılır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, Avropa İttifaqının Ermənistana yerləşdirilən mülki missiyanı hərbiləşdirilmiş struktura keçirmək niyyəti var:

“Strateji olaraq rəsmi İrəvanın Avropa Birliyi ilə əməkdaşlığı və gələcəkdə Şimali Atlantika alyansına üzv olması üzərinə yol xəritəsi var.

Elxan Şıxəliyev: “Heç bir xarici ölkənin vətəndaşı Rusiyada bu addımları atıb özünü təhlükəyə salmaz” - Azinforum.az İnformasiya Portalı
Elxan Şıxəliyev
Bu, Rusiya-Ukrayna müharibəsinə hesablanmışdı. Hesablar isə tutmadı. Düşünürdülər ki, Ukrayna müharibəsi fonunda Rusiya dağılma dərəcəsinə gələcək və Ermənistandan öz bazasını geri çəkəcək. Lakin müharibənin iki ilə yaxın müddətdə davam etməsinə baxmayaraq Rusiya çökmədi. Bunun ardınca Avropa İttifaqı missiyası 113 nəfərdən 208 nəfərə, 1 əməliyyat qərargahından 6 qərargaha çatdırıldı. Hədəf isə 1500 nəfərdir. Ermənistan Silahlı Qüvvələrinin hərbi geyim formasını NATO ordularının silahlı qüvvələrinin hərbi formaları ilə eyniləşdirdilər. Bu da mesaj verir ki, Ermənistan ordusu NATO standartları ilə uyğunlaşdırmağa başlayıb”.

Onun sözlərinə görə Rusiyanın planları tamamilə fərqlidir:

“Rəsmi Moskva Ermənistanda hərbi gücünü saxlamaq niyyətindədir. Hərbçilərini həmin ərazilərdən çıxartmaq niyyəti yoxdur. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov da açıqlamasında bildirmişdi. Qərb Ermənistanı Rusiyanın forpostluğundan çıxardaraq, özü söz sahibi olmağa çalışır”.

Siyasi şərhçi Azər Ayxan bildirib ki, Qərbin Cənubi Qafqazda təhlükəli ssenarisi çoxdan bilinir:


Azər Ayxan
“Ermənistan üzərindən Rusiya ilə toqquşmalara getməyi planlaşdırır. Kreml isə bu təxribata getməmək üçün kifayət qədər təmkin nümayiş etdirir. Nikol Paşinyanın Qərbə reveransları, Rusiyaya qarşı sayğısız rəftarı Putini hövsələdən çıxarmağa, yanlış yapmağa hesablanıb. Rusiya prezidenti isə tam əksinə, səbirlə gedişatı izləyir və NATO-ABŞ tandemini sükut taktikası ilə məğlub etməyə çalışır.

Azərbaycan isə Qərbin, daha dəqiq ifadə etsək, Avropa İttifqaının Cənubi Qafqazda sülh və əmin-amanlığa qarşı tutduğu təxribat rolunu açıq və net şəkildə pisləyir. Bu planın baş tutmaması üçün Qərblə hazırda ciddi siyasi-diplomatik mübarizə aparır. İnanırıq, Azərbaycanın və müttəfiqlərinin səyləri Qərbə bu bölgədə sabitliyi pozmağa imkan verməyəcək”.скачать dle 12.1