Bia.Az

Deyirdilər ki, erməni ordusu Cəbrayıldan çıxsın, sonra… – De Vaal

Siyasət
 22-01-2024, 17:06     179

“Ankara İrəvanla münasibətləri normallaşdırmaq üçün Bakıdan siqnal gözləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Karnegi Fondunun aparıcı tədqiqatçısı, ekspert Tomas de Vaal deyib.

Tədqiqatçı son 15 ildə Türkiyənin Cənubi Qafqazdakı proseslərlə bağlı mövqeyinin dəyişdiyini bildirib:

“Təxminən 10-15 il əvvəl Türkiyə rəsmiləri ermənilərin ən azı bir rayon, məsələn, Cəbrayıl, yaxud Füzulidən çıxması əvəzində Ermənistanla münasibətləri yumşalda biləcəyini deyirdi, lakin sonra vəziyyət dəyişdi, İrəvan bütün əraziləri itirdi”.

“Türkiyə Cənubi Qafqazda ciddi oyunçuya çevrilə bilər. Ermənistanla münasibətlərin qaydaya düşməsi Türkiyə-ABŞ əlaqələrinə də müsbət təsir edəcək. Ankaranın xarici siyasəti Rəcəb Tayyib Ərdoğanın nəzarətindədir, o isə Bakıdan siqnal gözləyir. Bakı və İrəvan arasında bir səhifəlik sənədin imzalanması belə Ankara üçün kifayətdir. Hər şey Bakıdan asılıdır”, – De Vaal fikrini yekunlaşdırıb.скачать dle 12.1