Bia.Az

Əgər Rusiya istədiyini əldə edə bilməsə…- Vüqar Əhmədov

Siyasət
 22-01-2024, 16:55     182

"NATO-nun keçmiş baş katibi lord Corc Robertsonun bu açıqlamasını bu qurumun tarixdə başlayan ən böyük hərbi əməliyyatı ilə də əlaqələndirmək olar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Ukrayna qalıb gələ bilmir, müharibə uzanır, ABŞ-da seçkilər yaxınlaşır, müharibənin taleyini həll etmək lazımdır, əgər biraz da uzanarsa NATO özü məsələni bitirmək üçün birbaşa Rusiya ilə müharibəyə girə bilər. (Oxu ikinci cəbhə açmaq). Əslində NATO bunu birinci gün də edə bilərdi, lakin buna hazırlıq apardı, Rusiyanın Ukraynada canlı qüvvə və texnika itirməsini və müəyyən qədər zəifləməsini gözləyib, Finlandiyanı NATO-ya qəbul etdi, İsveç də bu yaxında təsdiq olunmalıdır. Beləliklə bu qarşıdurma yaxınlaşır. Moldova, Ermənistan və Qazaxstana qaldıqda isə, hələ 2022-ci ilin əvvəlində biz Qərblə Rusiyanın bu ölkədə qarşıdurmasını izlədik, Moldovaya da belə cəhdlər oldu, Ermənistana isə Rusiya yaxın vaxtlarda yeni növ silahlar verməklə öz nəzarətində saxlayır. Əgər NATO bu ölkələri ələ almaq üçün hansısa addımlar atarsa o zaman Rusiyanın daha radikal addımlar atacağını ehtimal edirəm. İlk növbədə Ukraynadan sonra Moldovada hadisələr cərəyan edə bilər, Ermənistanı isə rəsmi Moskva hələ ki, nəzarətdə saxlamağa çalışır, Mərkəsi Asiya, konkret Qazaxıstan isə Rusiyanın qırmızı xəttidir. Düşünürəm ki, Ukraynada müharibə hələ ki, 2025-ci ilə qədər davam edəcək. Əgər Rusiya bu ölkədə istədiyini əldə edə bilməsə alovlanma ilk növbədə Moldova və Ermənistana da sıçraya bilər".скачать dle 12.1