Bia.Az

Ukraynanın məğlub olacağı təqdirdə…-Elçin Xalidbəyli

Siyasət
 22-01-2024, 16:38     182

"ABŞ və Qərb Ukraynaya hərbi dəstəyi tamamilə dayandırsa, Rusiyanın hərbi qələbə şansı ciddi şəkildə artmış olacaq. Rusiyanın Ukrayna savaşında hərbi qələbəsi isə ilk növbədə Avropa Birliyi ölkələri üçün real təhlükə törədəcək."

Bu fikirləri Olaylar.az- açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:

"Yəni, Kreml yalnız Moldova, Ermənistan və ya Qazaxıstan ilə kifayətlənməyəcək. Çünki Ukrayna savaşda məğlub olarsa, Avropa Birliyi ölkələri ilə Rusiya arasındakı tampon bölgə ortadan qalxmış olacaq. Nəticədə Rusiya Avropa məkanına birbaşa hərbi-siyasi təzyiq göstərmək şansı qazana bilər. Bu halda, NATO-nun "təhlükəsizlik çətiri"nə arxayın olaraq, öz hərbi arsenalına maliyyə xərcləməyən Avropa Birliyi ölkələri çətin vəziyyətə düşəcəklər. Artıq indidən bəzi Avropa Birliyi ölkələri narahatlıq keçirdikləri üçün öz hərbi büdcələrini artırmaq barədə düşünməyə başlayıblar. Qərbdə belə qənaətlər mövcuddur ki, Rusiya təxminən 2025-ci ildə Avropa məkanına hərbi təcavüz edə bilər.

Bütün bunları nəzərə aldıqda, Ukraynanın məğlub olacağı təqdirdə, Avropa Birliyini Rusiya ilə amansız hərbi-siyasi qarşıdurmanın gözlədiyini də düşünmək olar. Hər halda, Avropa Birliyi ölkələrinin yaxın gələcəkdə Rusiyanın qarşısında aciz qala biləcəkləri qətiyyən istisna deyil."скачать dle 12.1