Bia.Az

Əliyev və Ərdoğanın Paşinyandan iki tələbi… – Manukyan

Siyasət
 22-01-2024, 15:04     129

“Nikol Paşinyan Ermənistan konstitusiyasını Azərbaycan və Türkiyənin tələbi ilə dəyişdirməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, “Erməni Beynəlxalq Konqresi” partiyasının sədr müavini Aram Manukyan deyib.

“Türkiyə “erməni soyqırımı” məsələsinin konstitusiyamızdan çıxarılmasını tələb edir. Azərbaycan isə 1 dekabr 1989-cu ildə Qarabağın Ermənistana birləşdirilməsi qərarının qanunvericiliklə ləğv olunmasını istəyir. Nikol Paşinyan bu tələbləri yerinə yetirməyə razıdır. Onun niyyəti bizim xeyrimizə deyil, çox təhlükəlidir”, – A.Manukyan bildirib.скачать dle 12.1