Bia.Az

Lavrovun Azərbaycanı narahat edən ifadəsi – “Bakı demir ki…”

Siyasət
 22-01-2024, 14:50     130

“Sergey Lavrovun mətbuata son açıqlamasında dedikləri maraqlarımıza uyğundur. Onun Zəngəzur dəhlizi ilə bağlı fikirləri ümumi olaraq müsbətdir. Faktiki olaraq 10 Noyabr bəyanatının 9-cu bəndini Ermənistana xatırladan Lavrov rəsmi İrəvanın öhdəliklərə riayət etməli olduğunu bildirir”.

Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov Rusiya xarici işlər naziri Sergey Lavrovun “10 Noyabr bəyanatında Zəngəzur dəhlizi ifadəsi yoxdur” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Lavrovun Ermənistanı ittiham etməsi diqqət çəkir:

“Onun Zəngəzur dəhlizi haqda dedikləri ilə Azərbaycanın söylədiyi fikirlər arasında ciddi bir fərq yoxdur. Rəsmi Bakı “Zəngəzur dəhlizi” ifadəsini işlədir, Lavrov isə deyir ki, 10 Noyabr bəyanatında belə ifadə yoxdur.

Oqtay Qasımov

Prinsip etibarilə bu, doğru ifadədir, lakin Azərbaycan tərəfi də heç vaxt 10 Noyabr əyanatında “Zəngəzur dəhlizi” ifadəsinin olduğunu iddia etməyib. Bakı əslində bununla “maneəsiz hərəkət və təhlükəsizlik” məsələlərini diqqətə çatdırır.

Azərbaycan israrla “Zəngəzur dəhlizi” ifadəsini işlətmir. Hətta bir neçə dəfə ən yüksək səviyyədə bildirildi ki, bu ifadə şərti işlənir”.скачать dle 12.1