Bia.Az

Azərbaycanla sərhəddə müharibə başlayır: Hücum planı açıqlandı – Böyük fəlakət yaxınlaşır

Siyasət
 20-01-2024, 13:50     239

İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərin suallarını cavablandırarkən deyib ki, İrana hücum edə bilərik. “Kim deyib ki, İsrail İrana hücum etməyəcək? İrana hücum edə bilərik. Husilər, HƏMAS və Livan “Hizbullah”ının hücumlarının arxasında duran ilanın başı İrandadır”, – o, bildirib.

İsrail tərəfi artıq açıq şəkildə İranı hədəf alır. Bununla belə bəzi ekspertlər İsrailin İranın proksi qüvvələri ilə başının qarışdığı bir zamanda Tehranı hədələməsini ciddi hesab etmir.

Maraqlıdır, İsrail İranın ayrı-ayrı şəhərlərinə zərbələr endirəcək, yoxsa rəsmi şəkildə müharibə elan etmək istəyir? Təl-Əviv İrana zərbə endirəcəyi, yaxud, müharibə elan edəcəyi təqdirdə bölgədə nə baş verər?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Rövşənoğlu deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun radikal sağçı hökuməti İranla müharibəyə hazırdır və bunu istəyir:

“Çünki hazırkı vəziyyətdə İranla və ya Livanla müharibə İsrail hökumətinə Qəzzada yaranmış dalandan çıxmaq üçün fürsət verə bilər. Həm də regiondakı rəqibləri ilə birdəfəlik hesablaşmış olar.

Ancaq əlbəttə, bu, İsrailin müttəfiqi ABŞ üçün əlverişli deyil. Əksinə, Amerika hökuməti üçün problemdir. Bu səbəbdən Vaşinqton Netanyahunun bu avantürist planına mane olur.


Kənan Rövşənoğlu
Bu planın baş verməsi üçün İran və müttəfiqlərinin İsrailə hücum etməsi lazımdır. Onlar da bunu etmirlər”.

Bəzi siyasi şərhçilər isə bildirirlər ki, İsrail hər an İrana hücum edə bilər. O, bu addımla ABŞ-ı fakt qarşısında qoymağa çalışır. Müharibə başlasa, Pentaqon istər-istəməz müharibəyə qoşulacaq və İsraili müdafiə etməyə məcbur qalacaq. Çünki müharibə zamanı İran yalnız İsrailin hədəflərinə hücum etməyəcək, ABŞ-ın bölgədəki hərbi və digər infrastrukturuna da zərbələr endirəcək. Bu da avtomatik olaraq Birləşmiş Ştatların olası müharibəyə qoşulacağını şərtləndirir.

BİA.azскачать dle 12.1