Bia.Az

Azərbaycan Fransanın “şah damarını” sıxdı: “Total” Bakıdan qovularsa, Yelisey qarışar

Siyasət
 20-01-2024, 13:35     232

Fransa və Azərbaycan arasında gərginlik davam edir. Fransa Senatının Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etməsi fonunda gərginlik bir az da atıb. Buna cavab kimi, Milli Məclis hökumətə müraciət edərək Fransaya sanksiya tətbiq etməyi tələb edib.

Müraciətdə Fransaya qarşı sanksiyaların tətbiq edilməsi, rəsmilərin Azərbaycandakı aktivlərinin dondurulması, bütün iqtisadi əlaqələrin dayandırılması, “Total” da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması təklif edilib.

Xüsusilə “Total” şirkətinin Azərbaycandan çıxarılması təklifi diqqət çəkir. Məsələ ondadır ki, “Total” şirkəti Abşeron yatağında neft layihəsinə milyardlarla avro investisiya qoyub.

Maraqlıdır, “Total” şirkəti Azərbaycanı tərk edəcək? Rəsmi Bakı bu addımı atacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, bu, yerində edilmiş haqlı müraciətdir:


Zeynal Əmrəliyev
“Fransanın həddini aşan hərəkətlərinə cavab verilməsi vacib idi və burda parlament diplomatiyasının rolu yerinə düşdü. Fransa şirkəti deyərkən ağla ilk “Total” gəlir. “Total” “Abşeron” yatağının işlənməsində əsas pay sahibidir.
“Total”ın Azərbaycandan qazancı çox böyükdür. Bu şirkətin Azərbaycanı tərk etməsi onun üçün böyük itkidir. Yəqin ki, “Total” rəhbərliyi Makrondan bunun hesabını soruşacaq. Hər halda qlobal səviyyəli heç bir şirkət belə güclü layihəni, Azərbaycan kimi böyük prespektivlər vəd edən bir ölkəni itirmək istəməz. Görünür, ənənəvi sağın və solun, eləcə də nüfuzu sürətlə qalxan millətçilərin namizədini məğlub edərək Yeliseyə sahib olan Emmanuel Makronun güclü maliyyəyə ehtiyacı olub və bu da onu erməni diasporundan asılı hala salıb.
Makron “Paşinyandan çox erməni” olmasının səbəbi də ehtimal ki, seçkiyə görə borclandığı erməni dostlarına olan minnətdarlığının nəticəsidir. Parisin elə özündən birilərinin Makrona artıq bəzi həqiqətləri başa salması lazımdır. Hazırda “Total” itirir, ancaq belə davam etsə, yaxında Fransanın özü güclü itkilərə məruz qalacaq.
Yeliseyin sahibi Azərbaycan liderinin cəsarət və prinsipiallığını düzgün hesablamalı və buna görə ağıllı qərarlar verməlidir. Fransanı idarə edənlər anlamalıdır ki, Azərbaycan onların təzyiqi qarşısında geri çəkiləcək hansısa “banan dövləti” deyil”.скачать dle 12.1