Bia.Az

Bu, Rusiya və Ermənistan arasında kəskin qarşıdurma yarada biləcək məsələyə çevrilir-Elçin Xalidbəyli

Siyasət
 20-01-2024, 12:22     223

"Zəngəzur dəhlizinin açılması Rusiyanın maraqları sırasında əsas prioritetlərdən birinə çevrilməyə başlayıb. Çünki Rusiyanın blokada şəraitində olduğunu nəzərə aldıqda, yeni marşrutun açılması bu nəhəng ölkənin iqtisadi-ticari əlaqələri baxımından böyük əhəmiyyət daşıyır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Xüsusilə də, Kreml Zəngəzur dəhlizi üzərindən Şimali Afrika ölkələrinə çıxış əldə etmək niyyətindədir.
Ancaq rəsmi Bakının Zəngəzur dəhlizini ikinci plana keçirərək, İran ərazisindən Naxçıvana marşrut açmağa qərar verməsi həm Ermənistanı, həm də Rusiyanı çətin vəziyyətə salıb. Ona görə də, Kreml rəsmi İrəvana təzyiq göstərməklə, Zəngəzur dəhlizinin məhz 10 noyabr anlaşmasında müəyyən edilmiş şərtlər çərçivəsində açılmasına cəhd göstərir. Yəni, indi Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan arasında ziddiyyət qaynağı olmaqdan çıxmağa başlayıb. İndi Zəngəzur dəhlizinin açılması Rusiya və Ermənistan arasında kəskin qarşıdurma yarada biləcək məsələyə çevrilməkdədir. Bu baxımdan, rəsmi Bakı Rusiya və Ermənistan arasında yenicə başlamaqda olan Zəngəzur qarşıdurmasını kənardan müşahidə etməklə, kifayətlənir. Belə anlaşılır ki, Zəngəzur dəhlizi əvvəl-axır Azərbaycanın maraqlarına uyğun şərtlər daxilində açılacaq. Əks halda, rəsmi Bakı Ermənistanın blokada şəraitindən çıxmasına imkan vermək niyyətində deyil".скачать dle 12.1