Bia.Az

Paşinyan İrəvan üçün kritik dəyişikliyin anonsunu verdi

Siyasət
 19-01-2024, 15:18     197

Yeni geosiyasi və regional şəraitdə rəqabət qabiliyyətimizi, o cümlədən aktivliyimizi gücləndirmək üçün bizə yeni konstitusiya lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin 2023-cü il hesabatına dair keçirilən iclasında deyib.

Paşinyan bu addımın ölkənin xarici təhlükəsizliyinin təmin edilməsi üçün hüquqi bazanı gücləndirəcəyini bildirib:

“Təhlükəsizlik üçün silahlı qüvvələr, diplomatiya ilə yanaşı hüquqi sistem də lazımdır. Dünya və regionda vəziyyət dəyişir. Bizim konstitusiyada dəyişikliklərə deyil, tamamilə yeni konstitusiyaya ehtiyacımız var.

Ermənistan üçün gələcək demokratiya qayələrini nəzərə alan parlament quruluşu ən uyğun variantdır. 2020-ci ildə baş verənlər zamanı bizdə parlament idarəetmə modeli olmasaydı, dövlətçiliyimiz üçün mənfi hadisələr var verərdi. Bu səbəbdən hazırkı idarəetmə modelində çox cüzi dəyişikliyə ehtiyac var. Ermənistanda şəffaf səsvermənin nəticələrinə əsaslanan konstitusiya olmalıdır”.скачать dle 12.1