Bia.Az

"Qərb, Ukrayna cəbhəsində Rusiyanın tərəfində olan və Qəzzada İsrailə təhlükə yaradan İranı cəzalandıracaq"

Siyasət
 18-01-2024, 17:37     251

Pakistan İranda yerləşən “anti-Pakistan” terror qruplaşmalarının yaraqlı düşərgələrinə raket zərbələri endirib. Bu barədə mətbuat Pakistan kəşfiyyat xidmətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb. “Mən yalnız təsdiq edə bilərəm ki, biz İranda yerləşən anti-Pakistan silahlı qruplaşmalarına zərbələr endirmişik”, - deyə o bildirib. İki ölkə arasında “savaş dili” çox maraqlıdır…

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlər əhəmiyyətli dərəcədə hiss olunur ki, İran ətrafında çevrə daralmaqdadır. İran hər tərəfdən mühasirədədir.
Turab Rzayev 
Turab Rzayev

“İndiyə qədər İran ərazisinə edilən birbaşa zərbələri İran həmişə xaricdə, kənarda neytrallaşdırıb. Proksi müharibələrə üstünlük verib. İraqda, Suriyada, Livanda, Yəməndə və başqa ölkələrdə olan proksilər vasitəsi ilə mübarizə aparıb. Münaqişəni həmişə üzərindən kənarda tutub. Həmin qrupların əli ilə Qərbin obyektlərinə zərbələr endirib və onların başını həmin proksilərlə qatmağa çalışıb”-deyən politoloqun fikrincə, indi Qərbin İrana qarşı daha ciddi addımlar atmaq niyyətində olduğu açıq şəkildə görünür.

“Bunun da bir neçə səbəbi var. Bununla bağlı mən aylar öncə də bir neçə dəfə məlumat vermişdim ki, İrana qarşı əməliyyatlar başlayacaq. Çünki İran Qərbin planlarını iki bölgədə pozdu. Əvvəlcə Ukrayna-Rusiya müharibəsində Rusiyanın yanında oldu. Birbaşa Rusiyanı ballistik raketlərlə, mərmilərlə və dronlarla təchiz elədi. İran silah sənayesi Rusiya üçün çalışdı. İkinci məsələ isə, Yaxın Şərqdə münaqişənin qızışdırmaqla bütün dünyanın diqqəti Ukrayna müharibəsindən yaxın Şərqə yönəltdi. Rusiya və İranın İsrailə qarşı “Həmas” hücumunda əli olduğunu düşünürəm. Qərb həm İsrailin təhlükəsizliyi, həm də planlarını pozduğu üçün İranı bu minvalla cəzalandırmağı düşünürdü. İndi biz geniş şəkildə bu cəza planının həyata keçirildiyini görürük” -deyə politoloq bildirib.

Politoloq vurğulayır ki, bir tərəfdən İran daxilində partlayışlar baş verir. İranın Livanda, İraqda, Yəməndə və Suriyada generalları öldürüldü. Görünür ki, İran buna sərt cavab vermək qərarına gəlib. Ona görə də qonşu ölkələrəd bu qruplaşmalara aid kimlərsə varsa və onlara dəstək olan qüvvələr varsa, onları vurmaq qərarına gəlib.

Buna görə də, Pakistana, İraqa zərbələr endirir.

Politoloq hesab edir ki, İran bununla özünü daha ağır vəziyyətə sala bilər.

“İndiyə qədər Pakistan Türkiyədən sonra ikinci ən böyük müsəlman ölkəsi İrana qarşı hərbi əməliyyatlara, İranın parçalanmasına qarşı çıxıb.
İndi isə İranın bu cür davranışı sonunda pakistanın da Amerikanın planlarında yer almasına səbəb ola bilər.

Ən azından Amerikaya dəstək ola bilər. Və yaxud ən azından neytral qala bilər.

Bu isə, İranın əslində siyasi vəziyyətini daha da pisləşdirə bilər.

Artıq İran başa düşür ki, onun üçün sonun başlanğıcı artıq başlayıb.

Məhz buna görə də bütün əlindəki kartları birdən oynamaq istəyir. Bu hücumlarla qonşu ölkələrə göstərmək istəyir ki, siz təhlükəsizlikdə deyilsiniz. Sizin ərazi də təhlükə altındadır”-deyə politoloq qeyd edib.

Turab Rzayevin sözlərinə görə, artıq Pakistan da İran ərazisinə zərbələr endirir və bunu açıq şəkildə açıqlmasa terrorçu sığınacaqlara qarşı keçirdiyini bildirir.

Bununla da Pakistan İran qarşısında daha geri addım atmayacağını, geri çəkilməyəcəyini bəlli etmiş oldu.

Pakistan həm də göstərmiş oldu ki, bu məsələ də onlar da İranın istifadə etmiş olduğu diplomatic dildən istifadə edəcək. “Necə ki, İran Pakistan ərazisinə hücum edib, orada terrorçulara qarşı mübarizə apardığını deyir. Amma Pakistan rəsmiləri bu hücumlar zamanı iki uşağın öldürüldüyünü deyirdi.

İndi də Pakistan İran ərazisində terrorçulaar qarşı mübarizə apardığını deyir”-deyə o vurğulayıb.скачать dle 12.1