Bia.Az

Araikin azad edilməsi üçün məxfi proses aparılır? – “Tapşırıq var ki…”

Siyasət
 18-01-2024, 12:18     184

“Hazırda Ermənistanda olan “artsax” “rəsmiləri” özlərini elə aparırlar ki, guya Bakıda saxlanılan şəxslərin azadlığı üçün məxfi proses yürüdürlər”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin “deputatı” Metakse Akopyan deyib.

O, Ermənistandakı separatçıların Nikol Paşinyan hakimiyyətindən çəkindiyi üçün susduğunu bildirib:

“Keçmiş “rəhbərlər” Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, “silahlı qüvvələrin komandanı” Levon Mnatsakanyan, “komandan müavini” Davit Manukyan, “dövlət naziri” Ruben Vardanyan, Davit Babayan və Davit İşxanyan aylardır Bakıda saxlanılırlar. Lakin bu istiqamətdə heç bir addım atılmır. Mən bu məsələni dəfələrlə Ermənistanda keçirdiyimiz toplantılarda qaldırmışam. Buradakılar özlərini elə aparırlar, guya həmin şəxslərin azad edilməsi üçün məxfi proses yürüdürlər. Amma heç bir şey etmirlər. Nikol Paşinyan hakimiyyətinin “artsax”la bağlı qərarı konkretdir: mövzunu tamamilə bağlamaq. Ona görə də heç kim səsini çıxarmır. Bakıda saxlanılan şəxslərin adını da çəkmirlər”.

Qeyd edək ki, sözügedən şəxslər müharibə cinayətləri törədiblər və müxtəlif formalarda mülki insanların ölümündə rol oynayıblar. Rəsmi Bakının onları istintaqa cəlb etməsi tam təbiidir.скачать dle 12.1