Bia.Az

Xankəndini məskunlaşdıraq, ya yox? - Əlavə 6 ay vaxt verək və...

Siyasət
 18-01-2024, 11:31     138

Xankəndini tam məskunlaşdırmaq olarmı? Bəziləri deyir ki, bu risqlidir, çünki bu halda Qarabağın keçmiş erməni sakinləri beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı mülkiyyət davaları açacaq və təzminat tələb edəcəklər. Qarabağ erməniləri geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. İndi biz nə etməliyik, Xankəndi şəhərindəki evləri daha nə qədər boş saxlamalıyıq? Qarabağ ermənilərinə 6 ay da vaxt verək, gəlməcəyəkləri halda Azərbaycan vətəndaşlığından və beləcə mülkiyyət hüququndan məhrum ediləcəklərini bildirək. Ermənilərin Qarabağa qayıtmaq fikirləri yoxdur, bunu Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir. O 17 yanvarda parlamentdəki çıxışı zamanı deyib ki, Ermənistanda Qarabağ erməniləri üçün evlərin tikintisi proqramı qəbul olunacaq. Məsələ bitib.

Müəllif: Elxan Şahinoğlu
dia-az.info
скачать dle 12.1