Bia.Az

İrəvandan sərhədimizə gətirilən sirli qovluq – İçində nələr var?

Siyasət
 18-01-2024, 01:42     218

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası X hesabında bildirilib ki, sərhədyanı ərazilər Qafan, Gorus, İstisu (Cermuk), Keşişkənd (Yeğeqnadzor), Martuni və Karvansaraydakı (İcevan) 6 əməliyyat bazasına 1500 patrul göndərməyə hazırlaşır.

Məlumata görə, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb.

Maraqlıdır, məhz indiki məqamda Aİ-nin Ermənistandakı missiyasını həmin ərazilərə göndərməsi nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Aİ-nin Ermənistanla sərhəddə yeni patrul dəstələrini göndərməsi 2022-ci ilin oktyabr ayından gündəmdədir:

“Sonuncu Praqa görüşündə Aİ-nin 40 nəfərlik mülki missiyasının göndərilməsi razılaşdırılmışdı. İki aylıq göndərilən kontingentin həm sayı, həm də səlahiyyət müddəti sonrakı müddətlərdə artırdı.

Sayı 200 nəfər qaldırılan mülki missiyanın əksəriyyəti fransız jandarmı, alman polisi və keçmiş kəşfiyyatçılardır. Hazırda Ermənistanla Aİ arasında imzalanan razılaşmaya görə, mülki missiyanın say tərkibi yenidən artırılmalıdır. Təbii olaraq fəaliyyət dairəsi də genişləndiriləcək.
Almaniya bir müddət öncə Ermənistandan Rusiya sərhədçilərinin çıxarılmasını istəmiş, əvəzində rəsmi İrəvana ediləcək yardımların artırılacağı vədi verilmişdi. Rusiya tərəfi bu məsələni olduqca qəzəblə qarşıladı.

Oqtay Qasımov

Hesab edirəm, indiki məqamda Avropa İttifaqı Ermənistandakı mülki missiyasının tərkibini artıraraq iki şeyə nail olmaq istəyir:

Birincisi, Ermənistan üzərindən geopolitik mübarizəni davam etdirmək, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq;

İkincisi, sülh prosesinə mane olub, regionda gərginliyi artırmaq.

Ümumiyyətlə, 1500 patrul regiona gələrək gələcəkdə əsassız yalan bəyanat və hesabatlarla regionda gərginliyin olduğunu deyəcək. Bununla da sülh prosesini uzadacaqlar”.скачать dle 12.1