Bia.Az

"Dövlətimizi daxildə və xaricdə daha güclü etmək, etibarlı dostlarımızın sayını artırmağa çalışmalıyıq"

Siyasət
 17-01-2024, 18:44     234

"20 sentyabrda bütün ərazilərimizdə suverənliyi təmin etməklə qarşımızda qoyulmuş milli ideologiyanın bütün hədəflərini icra etmiş olduq. Azərbaycan artıq bütövdür və bütün ərazilərində konstitusion hüquqlarımız bərpa olunmuşdur. 20 sentyabrdan sonra ictimai-siyasi həyatımızın yeni bir səhifəsi açılmışdır. Bu yeni səhifədə yeni milli ideoloji inkişaf istiqamətıləri müəyyənləşməlidir".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. O, qeyd edib ki, bu gün Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin etməklə qalib ölkəyə çevrilib.
Azər Badamov 
Azər Badamov

“Zəfər bizi sakitləşdirməməli və işimizin bitdiyini hesab etməməliyik. Çünki, zəfərimizi həzm edə bilməyən dairələr var. Bunlardan biri də ermənidən çox ermənilik edən Fransadır. Fransa Azərbaycana qarşı öz çirkin niyyətlərini davam etdirərək Ermənistanı yenidən silahlandırır. Bu da gələcəkdə yenidən müharibə ehtimalını ortaya gətirir. Ona görə də yeni dövrdə ilk növbədə milli həmrəylik və birliyimiz daha möhkəmlənməli, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunması daha da genişlənməlidir. O cümlədən ordumuzu daha da gücləndirməliyik”-deyə deputat bildirib. O, qeyd edib ki, müharibə bitəndən sonra da Azərbaycan dövləti ordusunun gücləndirilməsi istiqamətində tədbirləri davam etdirib. Belə ki, müasir silahların alınması davam etdirlimiş, hərbi təlimlər keçirməklə pəşəkarlıq səviyyəsi artırılımış və yeni Komando hərbi hissələri yaradılmışdır.
“Məhz 19-20 sentyabrda həyata keçirdiyimiz lokal xarakterli antiterror tədbirlərini qısa bir zaman kəsiyində reallaşdıra bilməyimizin təməlində pəşəkarcasına hazırlanmış hərbi strategiya və ordumuzun hazırlıq səviyyəsi dayanırdı. Biz bundan sonra da ordumuz gücləndirməli və düşmənlərin cəhd edıə biləcəyi hər hansı bir təxribatı yerindəcə məhv etməyə hazır olmalıyıq. Digər bir hədəf isə informasiya müharibəsində fəaliyyətimiz genişləndirməliyik. Düzdür, biz dünyada gedən informasiya müharibəsində Ermənistanı üstələmişik. Amma bu kifayət deyil və haqq səsimizi dünyada ucaltmaq üçün bütün imkanlardan istifafdə olunmalıdır”-Azər Badamov əlavə edib.
Deputat hesab edir ki, yeni dövrümümzün əsas hədəfi dövlətimizi daxildə və xaricdə daha güclü etmək və etibarlı dostlarımızın sayının artırılması ilə bağlı işlərimizi genişləndirmək olmalıdır.скачать dle 12.1