Bia.Az

Bu, Ermənistanın sonuncu şansıdır – Regionda yeni vəziyyət yaranır

Siyasət
 15-01-2024, 19:37     183

Zəngəzur dəhlizi mövzusu yenidən gündəmə gəlib. Rəsmi Bakının bu məsələdə mövqeyi qətidir: Azərbaycandan Azərbaycana (Naxçıvana) gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidir, digər ölkələrə gedən yüklərə görə isə gömrük rüsumları ödənilməlidir. Ermənistanın alternativ olaraq irəli sürdüyü “sülh qovşağı” layihəsi avantüradır, hava şəraiti və relyefə görə bu marşrut yararsızdır.

Bu, həm də yeni geopolitik vəziyyət yaradır. Rəsmi Bakı bu ideyanı müdafiə etməklə yanaşı, beynəlxalq müstəviyə, müzakirəyə daşıyır.

Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycan və Ermənistanla yanaşı qonşu dövlətlər, Mərkəzi Asiya, Çin və Avropa ölkələri üçün böyük əhəmiyyətə malikdir:


Ramiz Alıyev
“Ermənistan da bunu yaxşı bilir. Lakin öz məkrli siyasətindən əl çəkmir. Əslində burada havadar ölkələrin də rolu az deyil. Rəsmi İrəvan başda Fransa olmaqla bir sıra Avropa ölkələrinin göstərişinə əsasən hərəkət edir. Əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin kimin nəzarətində olmasıdır. Bu dəhlizin fəaliyyəti Ermənistana müsbət təsir göstərəcək. İrəvan dalana dirənib. Qurtuluş yolu axtaran ölkəyə bu, sonuncu şansdır. Lakin Ermənistanın hər hansı maneə yaratması Azərbaycan üçün problem olmayacaq. Alternariv yolu İran vasitəsilə həyata keçirəcək”.скачать dle 12.1