Bia.Az

Ermənistan parlamentinin sədri xəstəxanalıq oldu – FOTO

Siyasət
 15-01-2024, 17:47     132

“İrəvanla Bakı arasında birbaşa danışıqların aparılması istisna deyil. Vasitəçi olmağa çalışan istənilən ölkənin maraqları var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, Azərbaycan və Ermənistanın məsələni öz aralarında həll etməsinin daha doğru olacağını bildirib:

“Romantik olmaq lazım deyil. Fransızların bizi gözəl gözlərimizə görə sevdiyini düşünmək absurddur. Burada maraqlar rol oynayır. Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən ölkələr “yaxşı” vasitəçi olmağa çalışacaqlar. Bakı və İrəvan böyük oyunlarda xırda pula çevrilməmək üçün öz məsələlərini həll etməlidirlər”.

Qeyd edək ki, rəsmi Bakı Ermənistan hakimiyyətinə ikitərəfli danışıqlar formatını təklif etsə də, İrəvan müxtəlif bəhanələrlə fərqli ölkələri, o cümlədən Fransanı prosesə daxil etməyə çalışır.скачать dle 12.1