Bia.Az

Yeni dövrün hədəfləri sırasında prezident seçkiləri əhəmiyyətli rol oynayacaq

Siyasət
 15-01-2024, 17:38     142

"Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində böyük qürur hissi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından bəhs etdi. Artıq yeni dövrün hədəfləri açıqlanır. Bu hədəflərin təqdimatında Prezident İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri əhəmiyyətli rol oynayacaq".

"Olaylar" xəbər verir ki, bunu YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib:

"Cənab İlham Əliyev bu addımı şərtləndirən amilləri diqqətə çatdırdı. Artıq torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz tam təmin olunub. Bütün ərazi üzrə ilk seçkilər keçiriləcək. Bu il ölkəmizdə bələdiyyə seçkiləri ili olsa da, prezident seçkilərinin əhəmiyyəti, önəmi nəzərə alınaraq ilk seçkilərin məhz prezident seçkiləri olması təqdirəlayiqdir. Qalib Azərbaycan çoxəsrlik tarixinin Zəfər seçkilərini keçirəcək. Prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri də artıq verilən vədlərin 20 ildə yerinə yetirilməsidir. Yeni dövrə qədəm qoymuşuqsa, yeni hədəflər olmalıdır. 
Dövlət başçısı İlham Əliyev müsahibədə bildirmişdir: "Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır."  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, prezident seçkiləri yeni dövrə xeyir-dua verəcək".скачать dle 12.1