Bia.Az

Artıq işğaldan azad olunmuş ərazilərimiz də qlobal tədbirlərə ev sahibliyi edir

Siyasət
 15-01-2024, 16:34     145

"Azərbaycanın xarici siyasət uğurlarının miqyası genişdir. Dövlətimiz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasında və yeni hədəflər üzrə inkişaf etditilməsində maraqlıdır".

"Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsi şərh edərkən deyib. Bildirib ki, ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi də artan nüfuzunun, çəkisinin göstəricisidir: 

"Artıq nəinki Bakı, işğaldan azad olunmuş ərazilər belə qlobal tədbirlərə ev sahibliyi edir. Son üç ildə onlarla belə tədbirin adını çəkə bilərik. Əlbəttə, 2023-cü il iki mühüm beynəlxalq tədbiri tariximizə yazacaq. Həm COP29-un, həm də Urban Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul edilib. Cənab İlham Əliyev "Bax, bu toplantılardan, bu qlobal platformalardan Azərbaycan həm əməkdaşlıq coğrafiyasının artırılması, həm də ədalətli mövqeyini bir daha bütün dünyaya çatdırmaq baxımından necə istifadə edəcək" sualını cavablandırarkən bildirmişdir ki, bunlar çox önəmli hadisələrdir.  Bir daha Azərbaycanın beynəlxalq nüfuzunu və uğurlu siyasətimizi göstərir. Çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. Hər iki tədbirin keçirilməsi doğrudan da böyük hadisədir. Tədbirlər uğurla keçiriləcək və gələn qonaqlar Azərbaycan reallıqları ilə tanış olacaqlar".скачать dle 12.1