Bia.Az

Belə bir müharibənin olması ehtimalı böyük deyil- Azər Qasımlı - ÖZƏL

Siyasət
 15-01-2024, 16:31     138

"Almaniya birincisi, fürsətdən istifadə edib silahlanmaq və öz ordusunu gücləndirmək istəyir".

Bu fikirləri politoloq Azər Qasımlı Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki, Rusiyanın Ukraynaya qarşı aqressiyasından sonra beynəlxalq sistemin daşları yerindən oynadıldı. Artıq İkinci Dünya müharibəsi və soyuq müharibədən sonraki dünyanın qaydaları zədələnib. Bu səbəbdən Almaniya da üzərinə götürdüyü öhdəlikləri deyil, öz təhlükəsizliyini özü qoruması fikrinə daha isti yanaşmağa başlayıb. Situasiya özü Almaniyanı buna sövq edib. Digər tərəfdən də Tramp kimi birisinin ABŞ-da iqtidara gəlməsi də ABŞ-Avropa münasibətlərinə mənfi təsir edib və Avropa ölkələrini öz təhlükəsizliyi barədə düşünməyə vadar edib. Hətta bu gün hamı anlayır ki, bu məsələdə də gec qalıblar, daha əvvəl bu işləri görməli idilər. Bu əsnada Avropa İttifaqı daxilində İttifaqın ordusunun yaradılması ideyasını yenidən müzakirəyə çıxarsalar təəccüblü olmaz. NATO ilə paralel olaraq  Avropanın da birgə silahlı qüvvələrinin olma ehtimalı var, lakin bu vaxt alacaq bir məsələdir.
 
O ki  qaldı Rusiya-NATO müharibəsinə, açığı indiki mərhələdə bunun ehtimalı yüksək deyil məncə. Çünki, hər iki tərəf anlayır ki, bu dünya üçün böyük fəlakətlə nəticələnə bilər. Əgər belə bir müharibədə yalnız konvensional silahlardan istifadə edilsə, Rusiyanın bu müharibədə qalib gəlmək şansı sıfıra bərabərdir. Lakin Rusiya nüvə silahı olan dövlətdir. Əsas risklər də bununla bağlıdır. Ona görə belə bir müharibənin olması ehtimalı böyük deyil".скачать dle 12.1