Bia.Az

"Öz gözündə tiri görmür, özgəsində çöp axtarır" - ABŞ Azərbaycanda "dini azadlığın pozulması"nı iddia edir

Siyasət
 13-01-2024, 13:02     195

Ötən günlərdə ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyətinə dair illik hesabatı işıq üzü görüb. Hesabatda Azərbaycanla bağlı reallıqla əlaqəsi olmayan, qərəzli iddialar yer alıb. Güya Azərbaycanda dini etiqad azadlığı kobud şəkildə pozulur. Bununla bağlı Azərbaycan xüsusi nəzarətə götürülüb. Hesabatın Azərbaycana aid olan hissəsi, dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan tərəfindən hazırlanıb.

Azərbaycanda dini etiqad azadlığının pozulması… İfadə o qədər absurddur ki. Yəqin ki, bu hesabatı hazırlayan şəxslərin Bakının göbəyində kilsələrin olduğundan xəbəri yoxdur.

Qeyd edək ki, Azərbaycanda 35-dən çox qeyri-islami dini icma var. Bura dağ yəhudiləri icması, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Xilaskar Yevangelik Lüteranların dini icması, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icması, Bakı Krişna Şüuru dini icması və s. nümunə göstərmək olar. Yəni, Azərbaycanda hər kəsin dininə hörmətlə yanaşılır. Bəlkə də dünyada yeganə ölkədir ki, burada din davası edilmir, dini ayrı-seçkilik ninki dövlət səviyyəsində, heç millət səviyyəsində də aparılmır. Hər kəs hər kəsin etiqadına, dininə hörmət edir. Çünki dini etiqad hər kəsin şəxsi seçimidir.

Və Azərbaycanda da dini etiqad seçimi azaddır, Qərb ölkələrindən fərqli olaraq. Niyə? Azərbaycan torpaqları 30 ildən çox işğal altında qaldı, torpaqlarımız yağmalandı, məscidlərimiz donuz damına çevrildi. Qərb, dini ayrıseçkilik edərək, Azərbaycanın uzun illər haqlı səsini boğmağa çalışdı. Soyqırımlarına, faciələrimizə göz yumuldu. Məhz İslam dininə etiqad etdiyimiz, müsəlman olduğumuz üçün Azərbaycana ikili standartlar çərçivəsindən yanaşıldı. İllərlə ATƏT-in Minsk qrupu adı altında “yığma” bir qrup sadəcə "gözə kül üfürmək"lə məşğul oldu. Azərbaycanlılar qətlə yetirildi, qaçqın düşdü, yurd-yuvası yağmalandı. Bu ərəfədə Amerika sadəcə müşahidə edirdi.

Bu gün Azərbaycanda dini etiqad azadlığının pozulduğunu vurğulayan ABŞ bununla bağlı hansısa bir nümunə göstərə bilərmi?


Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında Azərbaycan dini ocaqlarında, məscidlərində donuz saxlama, dini abidələrin dağıdılıb məhv edilməsi ilə bağlı faktlar hər yerdə var. Boş yerə deyilmir ki, “kimdə nə yoxdursa ondan danışır”. Amerikada daim özündə olmayan dürüstlüklə, ədalətlə bağlı bar-bar bağırır. Davranışlar isə göz önündədir… ABŞ-ın dini ayrıseçkiliyini sadəcə Azərbaycana deyil, digər müsəlman ölkələrinə qarşı görə bilərik.//Bizimyol.info//скачать dle 12.1