Bia.Az

Paşinyan Qarabağ erməniləri ilə bağlı qərarını dəyişdi

Siyasət
 12-01-2024, 11:51     134

“Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlcə Qarabağdan köçən ermənilərin geri qayıtmasının tərəfdarı idi, lakin sonra bu fikrindən daşındı”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, separatçıların keçmiş nümayəndəsi Samvel Babayan bundan ciddi şəkildə məyus olub. O, Paşinyanın köçürülmə məsələsindən imtina etməsini etirazla qarşılayıb və özünü aldadılmış sayıb.

Baş nazirin Qarabağdan gələnlərin ehtiyacları ilə şəxsən məşğul olacağı deyilib.

Qeyd edilib ki, Paşinyan artıq Qarabağ məsələsini tamamilə keçmişdə buraxmağa çalışırскачать dle 12.1