Bia.Az

Regionda nəqliyyat-kommunikasiya layihələri üçün yeni imkanlar yaranıb

Siyasət
 12-01-2024, 11:43     129

"44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açılıb. Bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində lazımi infrastrukturun yaradılması ilə bağlı xeyli iş görüb".

 "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib: 

"İşğaldan azad edilmiş ərazilərdə müasir hava limanları tikilib. Qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılması istqamətində xeyli iş görülüb. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. 
Bütövlükdə, son 3 ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 12 mlrd. Manat (7 milyard dollar) vəsait yönəldilib. Bu il daha 4 milyard manat və ya 2,4 milyard dollar vəsairt qoyulacaq. Orta perspektivdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına yönəldilən vəsitin həcmi  30-40 milyard manata çatacaq, yəni 20 milyard dolların üstünə qalxacaqdır".скачать dle 12.1