Bia.Az

Azərbaycanda dünya ölkələrinə nümunə olacaq dini tolerantlıq mühiti mövcuddur

Siyasət
 12-01-2024, 11:15     131

"İl olub 2024, amma təəssüf ki, hələ də bəzi dövlətlər  Azəbaycana qarşı riyakar, ikiüzlü siyasətlərindən, əsassız ittihamlar irəli sürməkdən əl çəkmirlər. Əlbətdə bütün bunlar ölkəmizin uğurlarının artmasına və qələbələrimizə olan qısqanclıqdan, paxıllıqdan irəli gəlir".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Sədaqət Vəliyeva deyib: "ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı növbəti illik hesabatını yayıb. Hesabatda yer almış Azərbaycanla bağlı məlumatlar təmamilə qeyri-real, heç bir əsası olmayan, qərəzli məlumatlardır. Hesabatla bağlı diqqət çəkən əsas məqamlardan biri də hesabatın Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olmuş,  Livanın Los Ancelesdəki konsulluğunda işləmiş, fəaliyyətində hər zaman ermənipərəst mövqeyi nümayiş etdirmiş eyni zamanda ABŞ Dövlət departamentində qeyri-qanuni işləyən erməni əsilli Daniela Aşbaxyan tərəfindən hazırlanmasıdır. Hesabatda diqqət çəkən digər bir məqam isə 2023-cü ildə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə istinad olunmasıdır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Ordusu hər zaman olduğu kimi antiterror əməliyyatları zamanı da öz humanistliyinə sadiqlik nümayiş etdirdi. Belə ki antiterror əməliyyatları başlanmazdan əvvəl bütün hərbi birləşmələrimizə verilmiş ciddi tapşırığa uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşmədi və mülki əhali qorundu. Azərbaycanın haqqı və haqq işi olan antiterror əməliyyatları zamanı bir nəfər olsun belə sivil erməni vətəndaşının burnu qanamadı, heç bir infrastruktur obyektinə zərər dəymədi. Bütün bu faktlar bir daha göstərir ki, ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatı erməni maraqları əsasında hazırlanıb, heç bir əsası olmayan cəfəngiyatdır və bu cür hesabatlar ölkəmizin uğurlarına olan qısqanclığın məhsuludur.
Maraqlıdır nə üçün ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında heç bir zaman, Ermənistanın məscidlərimizi viran qoyması, orada donuz saxlaması, eyni zamanda həmin məscidlərin humanist Azərbaycan dövləti tərəfindən bərpa edilməsi kimi  məlumatlar yer almayıb?!  

Bu gün Azərbaycanda dünya ölkələrinə nümunə olacaq dini tolerantlıq mühiti mövcuddur. Ölkəmizdəki mövcud yüksək dini tolerantlıq bütün dini icma sədrləri və üzvləri tərəfindən də qeyd edilir. Güclü yox ədalətli olmaq lazımdır. Çünki güc tükənən qüvvədir bu gün var sabah isə olmaya bilər amma ədalət isə dəyişməzdir və hər zaman var olacaq".скачать dle 12.1