Bia.Az

Dövlət başçımız İlham Əliyevin bu məsələyə yanaşması çox obyektiv və ədalətlidir-Əli Mustafa

Siyasət
 11-01-2024, 15:58     196

"Fransanın Azərbaycana qarşı atdığı addımların mahiyyəti  barədə  Prezident İlham Əliyev müfəssəl məlumat verdi. Çox obyektiv olaraq qeyd etdi ki, bu hərəkətlər mənəvi deqradasiyanın ifadəsidir. Məncə, bu, olduqca ədalətli qiymətləndirmədir."

BİA.az xəbər verir ki, bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib:

"İki dövlət arasında müəyyən mübahisə, gərinlik ola bilər, yenidən münasibətlər qaydaya düşə bilər. Amma bu gərginlik dönəmində mənəvi dəyərlərə toxunmaq, heykəli təhqir etmək, dostluq əlaqələrini qırmaq normal deyil. Dövlətlər bir qayda olaraq şəxslərdən fərqli olaraq dövlət ağlı ilə çalışır. Onlar tez-tələsik emosional qərarlar verməli deyil, təmkinli davranmalıdırlar. Xüsusilə, mənəvi dəyərlərə, mədəniyyətə aid məsələlərdə bu təmkinlilik daha çox olmalıdır. Siyasi məsələlərdə bir qədər çeviklik anlaşılandır, amma bu kimi məsələlərdə təmkinli olmalıdırlar. Çox təəssüf ki, biz Fransadan təmkin görmədik. Dövlət başçımız İlham Əliyevin bu məsələyə yanaşması çox obyektiv və ədalətlidir. 

O ki qaldı Fransanın nəsə edəcəyinə, Fransa bacardığını edir. Son imkanları budur və bunu da edir. Gərginliyin yaranmasında Azərbaycan tərəfinin elə bir rolu yoxdur. Ola bilsin ki, onların hansısa tələbləri, diqtələri, hikkələri var. Azərbaycan suveren bir dövlətdir. Hər diqtəni, hikkəni qəbul etməli deyil ki. Biz Fransanın maraqlarına toxunan bir hərəkət etmirik, müstəqilliyinə, suverenliyinə toxunmuruq, onun heysiyyatı ilə oynamırıq. Biz sadəcə özümüzü müdafiə edirik. Nəzərə alsaq ki, BMT beynəlxalq təşkilat olaraq bütün dünya dövlətlərinə bərabər imkanlar tanıyır. Dövlətlərin böyük, kiçik, zəif, güclü olmasından asılı olmayaraq hamısı bərabər hüquqludur. Biz də bərabər hüquqlu dövlət olaraq haqqımızı savunuruq. 

Fransanın edəcəyi bir şey yoxdur. Makronun hazırda başı dərddədir. Təkcə Azərbaycanla deyil, dünyanın bir çox dövləti ilə ciddi problemləri var. Yəqin ki, bizim üçün nə vaxtı, nə enerjisi olmayacaq. Ümumiyyətlə, Makron idarəçiliyində olan Fransa insan haqlarını qoruyan bir dövlətdən erməniləri qoruyan bir dövlətə çevirilib."

BİA.az
скачать dle 12.1