Bia.Az

Təbriz türklərin şəhəridir...-İlyas Hüseynov

Siyasət
 11-01-2024, 15:51     198

"Təbrizdə Ermənistan konsulluğunum açılması əlbəttə ki, İranın  Azərbaycan və Türkiyə ilə olan münasibətlərinə zərbə vuracaq. "

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Çünki, Təbriz türklərin şəhəridir, Təbrizdə əsrlər boyu türklər yaşayıb, yaradıb, buranın təşəkkül tapmasında xidmətlər göstəriblər. Bu gün Ermənistanın konsulluğunun Təbrizdə açılması yeni təhdidlər formalaşdırır. Xüsusilə, qeyd etmək lazımdır ki, bir müddət öncə bu istiqamətdə bəyanat verilmişdi. Müəyyən xəbərlər dolaşırdı və artıq görürük ki, işlərin nəticələnməsinə dair də məlumatlar vardır. Eyni zamanda, qeyd etməliyik ki, İranın Qafandakı konsulluğu da tez-tələsik açıldı. Hələ konsulluğun suvağı qurumamış onun açılışı həyata keçirildi. Çox güman ki, Təbrizdə Ermənistanın konsulluğu da elə bu dırnaqarası ildırım sürəti ilə istifadəyə veriləcək. Bu onu deməyə əsas verir ki, əslində burada siyasi motivlər vardır.  Konsulluğun fəaliyyət göstərməsinin əsas şərtləri vizaların verilməsi, vətəndaşların hüquqlarının qorunması ilə bağlıdır. Lakin bu gün biz Təbrizdə nə qədər erməni görə, tapa bilərik, bu da ritorik sual kimi görülməkdədir. Ona görə də heç şübhəsiz ki, burada siyasi motivlər, siyasi qərəz elementləri özünü göstərməkdədir. Bu da Azərbaycan-İran münasibətlərində yeni gərginliyə yol açır.


BİA.az
скачать dle 12.1