Bia.Az

8 kəndin 4-ü anklav deyil – Nazirdən mühüm

Siyasət
 29-12-2023, 01:38     279

Təbii ki, bütün görüşlər zamanı bu məsələ gündəmdə olur, qaldırılır. Delimitasiya prosesi kifayət qədər spesifik və texniki prosesdir. Bununla bağlı ayrı bir komissiya mövcuddur və o fəaliyyət göstərir. Sərhədlə bağlı olan məsələlər delimitasiya prosesinin tərkib hissəsi olaraq öz həllini tapmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı işğal altında olan 8 kəndimizlə bağlı sualı cavablandıran nazir Ceyhun Bayramov deyib.

Nazir 8 kəndin geri qaytarılması ilə bağlı məsələyə delimitasiya prosesi çərçivəsində baxılacağını qeyd edib:

“Sülh müqaviləsi kontekstində bu məsələlərin ümumi prinsipləri əks edilə bilər. Çünki hətta ərazi münaqişəsi, problemli keçmişi olmayan ölkələr arasında belə delimitasiya prosesi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha qısa zamanda başa çatdırılmasında maraqlıyıqsa, bu iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz. Delimitasiya komissiyasının növbəti toplantıları zamanı bu məsələlərə baxılacaq. Məsələ gündəmdədir və hər zaman qaldırılır. Eyni zamanda onu da qeyd edə bilərəm ki, 8 kəndin özünün də ayrı-ayrı spesifik xüsusiyyətləri var. Bu kəndlərdən dördü anklavdır, geri qalanı isə anklav deyil və bizim digər kəndlərə bitişik formadadır. Bizim yanaşmamız hər zaman ondan ibarətdir ki, burda da bəlli bir ardıcıllıq ola bilər. İlk növbədə qeyd-şərtsiz həll olunan məsələlər ola, digər məsələlərin müzakirəsi isə qarşılıqlı formada davam etdirilə bilər. Ermənistanın da bir sıra iddialarının olması sirr deyil. Yəni onların sərhədlərlə bağlı öz baxışları var. Ancaq biz hesab edirik, bu, bir qədər fərqli qəbildən olan məsələdir. Çünki digər mübahisəli məsələlərdən fərqli olaraq biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə məxsus olması heç zaman mübahisə predmeti olmayıb. Orada minlərlə insan yaşayıb. Hamı hələ SSRİ dövründə bu kəndlərin kimə aid olduğunu bilir. Ona görə də gözləntilərimizin və tələbələrimizin ədalətli olduğunu hesab edirik. Proseslərin gedişatı zamanı bu məsələlər hər zaman gündəmdədir və düşünürəm ki, həllini tapacaq”.скачать dle 12.1