Bia.Az

"Qərb və onun "gizli" müttəfiqi ABŞ, Azərbaycanı 90-cı illərdəki kimi təsəvvür edib məkrli siyasət yürüdürlər"

Siyasət
 28-12-2023, 13:49     231

"Müstəmləkəçilik, təcavüz, müstəqilliyini qazanmış dövlətlərin daxili işinə qarışmaq uzun illərdir Fransanın dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Fransa dünyanın 50-dən çox ölkəsində öz müstəmləkəçilik siyasətini illər boyu həyata keçirmiş və bu gün bu siyasət bir çox ölkələrdə davam etdirilməkdədir. Bu dövlətin artıq müəyyən regionlarda müstəmləkəçilik siyasətinin əleyhinə geniş nümayişlər keçirilir və Fransa təcavüzünə qarşı artıq Afrikadakı bir sıra ölkələr öz etirazlarını bildirməkdədirlər".

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Fransa Cənubi Qafqazda möhkəmlənmək və regionda sülhün, sabitliyin bərpa olunmasına əngəl törətmək cəhdlərini həyata keçirir. Bu ölkə Ermənistandan bir vasitəçi kimi istifadə edir və öz təcavüzkarlıq əməllərini həyata keçirmək üçün istər Türkiyəyə, istər Azərbaycana qarşı təbliğat kampaniyalarını gündən-günə genişləndirməkdədir. Makron başda olmaqla, Fransa parlamentlərinin və siyasi dairələrinin son 30 ildə həyata keçirdikləri antiazərbaycan təbliğatı bu gün də davam etdirilməkdədir.
Tahir Rzayev Tahir Rzayev“Yaxşı haldır ki, bu təbliğat öz nəticələrini göstərə bilmir. Çünki Azərbaycan haqqın, ədalətin tərəfindədir. Fransanın 30 ildən çox ATƏT-in MİNSK qrupuna həmsədr olduğu dövrlərdə Azərbaycana qarşı hədəflənən çirkin niyyətlər iflasa uğradı. Bu gün də bu niyyətlər puça çıxmaqdadır. Çünki Azərbaycan Respublikasının prezidenti İlham Əliyev düşünülmüş və balanslaşdırılmış, eyni zamanda beynəlxalq hüquq normalarına əsaslanan siyasət yürüdür. Bu siyasətin də nəticələri artıq dünyaya məlumdur. Çünki Azərbaycan öz torpaqlarını azğın düşməndən təmizləmiş, lokal antiterror tədbirləri həyata keçirmiş və tam suverenliyini bərpa etmişdir. Belə olan halda, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda bu gün Fransa eləcə də, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir. Qərb dairələri, eləcə də Fransa dövlətimizə qarşı çirkin məqsədlərini həyata keçirmək niyyətindədir”-deyə deputat əlavə edib.
Tahir Rzayev Azərbaycanda Fransa cəsus şəbəkəsinin ifşası məsələsindən də söz açıb. O, bildirib ki, səfirlik nümayəndələrinin Azərbaycandan qovulması Fransanın Azərbaycana qarşı olan məkrli siyasətinin cavabı olaraq ən uyğun nümayiş olunan nəticədir.
Deputat qeyd edib ki, Amerika ilə Fransa uzun illər dünyada demokratiya, azadlıq, bərabərlik, insan haqları uğrunda deyil, demokratiya pərdəsi altında müstəmləkəçilik siyasəti yürütmüşlər və bu siyasət hələ də davam etdirilməkdədir.
“Ancaq Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil, o beynəlxalq aləmdə yüksək nüfuza malik, möhkəm iqtisadiyata malik, birliyə haqların birliyinə əsaslanan bir dövlətdir. Və Azərbaycan xaricdən yönələn hər bir çirkin əməlin təcavüzün qarşısını almağa qadirdir. Bunu  prezident İlham Əliyev də özünün beynəlxalq aləmdə etdiyi çıxışlarında aydın göstərmiş və bildirmişdir ki, “Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur. Və biz haqq, ədalət və bərabərlik müstəqillik uğrunda mübarizə aparırıq. Biz bu mübarizəmizi sona kimi davam etdirəcəyik”. Azərbaycanın artan nüfuzu, möhkəm, davamlı və dayanıqlı iqtisadiyatı, eyni zamanda Azərbaycana dəstək verən ölkələrin sayının artması bu gün Amerikanı, eləcə də Fransanı narahat edir. Onlar Cənubi Qafqazda güclü dövlətin olmasını istəmirlər. Onlar Ermənistan kimi satqın xəyanətkar dövlətdən istifadə edərək, regionda sülhün əmin-amanlığın yaradılmasına mane olmaq və öz mənafeləri üçün ən çirkin əməlləri həyata keçirmək niyyətindədirlər. Ancaq zaman o zaman deyil bu gün artıq dünya ölkələri, eləcə də Azərbaycan Amerikanın və Fransanın çirkin niyyətlərinin nəyə hesablandığını dəqiq bilir. Buna görə də bu dövlətlər təcavüzkarların əməllərini qəbul etmir və onlara qarşı mübarizəni gücləndirirlər”-deyə deputat bildirib.
Tahir Rzayevin fikrincə, Amerikanın və Fransanın Azərbaycana qarşı yönəltdiyi siyasət iflasa məhkumdur və onlar heç vaxt Cənubi Qafqazda, eləcə də Azərbaycanda öz məkrli məqsədlərini həyata keçirə bilməyəcəklər.скачать dle 12.1