Bia.Az

Cənubi Qafqaz seçim qarşısında: Sülh, yoxsa müharibə? - Şərtlər dəyişdi

Siyasət
 23-12-2023, 17:40     307

Bölgədə sülhün bərqərar olmasına maneə olan amillər var. Ayrı-ayrı dövlətlərin də maraqları sübut edir ki, bir qismi Azərbaycanla Ermənistan arasında sülhün baş tumasında maraqlı deyil. Çünki bölgədə onlar bununla özlərinə aid olan biləcək imkanları itirə bilərlər. Ona görə də, bu məsələlər üzərində daha çox ehtiyyatlı bir davranış tələb olunur.

BİA.az xəbər verir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Azərbaycan bölgədə toqquşan maraqların əzilən füquruna çevrilməlidir. Bu, bizim üçün çox önəmlidir. Çünki burada ölkəmizə qarşı nəzərdə tutulan bütün layihələrin ən azı pozulması istiqamətində addımlar atılmalıdır”, – deyə o qeyd edib.



Partiya sədri hesab edir ki, bu gün İsrail-Fələstin, Rusiya-Ukrayna müharibəsində də bir çox məqamlar üzə çıxdı:

“Çünki bu cür savaşarı qızışdıranlar sonradan ortadan çəkilirlər. Məzlum günə qalan isə o bölgənin insanları, dövləti olur. Ona görə də, biz bu məsələdə olduqca ehtiyyatlı davranmalıyıq. Hər hansı bir şəkildə Azərbaycana qarşı təxribatçı proseslərin baş tutmasına yol verilməməlidir. Bunu istəyən qüvvələr kifayət qədər çoxdur. Biz daha çox bölgə dövlətlərinin maraqlarını anlamalıyıq. Ona qarşı müəyyən addımların atılması məsələsində ehtiyyatlı olmaq lazımdır”.

Fazil Mustafaya görə, Ermənistan sülhə məcburdur:
“Bu addımı atmaqla Ermənistanla sülh məsələsində yekunlaşmış olar. Beləliklə, Ermənistanın özü üçün də faydalı ola biləcək bir istiqamətə yol almaq mümkün olacaq. Bölgədə əməkdaşlıq baxımından bütün qüvvələrin müəyyən dərəcədə konstruktiv davranmasına ehtiyac var. Hər halda Ermənistanın son çağırışları buna ümid verir. Amma hansısa dövlətin, həmçinin ABŞ. Rusiya və başqalarının bölgədə maraqlarının toqquşmasının ölkəmizə ciddi təsiri olmayacaq. Çünki biz hər iki qütblə ağıllı münasibət qurmağı bacarırıq. Bu proses də davam etdirilməlidir”.скачать dle 12.1