Bia.Az

Hakimiyyətdə veteranlar

Siyasət
 20-12-2023, 19:17     244

2024-cü il fevralın 7-si Azərbaycanda prezident seçkisi keçiriləcək. Dövlət başçısı postuna iddiaçılar arasında prezident İlham Əliyev də var. O, 2003-cü il oktyabrın 31-dən prezidentlik edir. 1993-cü il iyunun 24-dən 2003-cü il oktyabrın 31-dək Heydər Əliyev dövlət başçısı olub. Hakim komandada yer alan 14 yüksək vəzifəli şəxs Heydər Əliyev dövrünün kadrıdır.
Nazirlər Kabinetində baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1995-ci ildən 2006-cı ilə – nazir təyin edilənədək Dövlət Gömrük Komitəsinin sədri olub.
Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətə 1997-ci ildə gətirilib. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.
Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziri, Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir.
2019-cu ildən baş nazirlik edən Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri olub.
2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.
2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsində xidmət edib.
Fərhad Abdullayev 2003-cü il iyunun 25-dən Konstitusiya Məhkəməsinin sədridir.
Prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu dövlət aparatına 1994-cü ildə gətirilib.
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub.
Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov aparata 1996-cı ildə təyinat alıb.
Prezidentin köməkçisi, administrasiyanın dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb, 2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olub.
Məleykə Abbaszadə 2000-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub, 2016-cı ildən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birləşdirilməsi hesabına yaradılıb) sədrlik edir.
2018-ci il noyabrın 15-dən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov 2000-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, həmin ilin iyun ayında Nizami Rayon İcra Hakimiyyətinin (Bakı) başçısı, 2003-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, 2015-ci ildə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, 2018-ci il iyulun 16-dan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini kimi başçının səlahiyyətlərini də həyata keçirib.скачать dle 12.1