Bia.Az

Ərdoğanın “Togg” diplomatiyası” – Türk liderin verdiyi mesajlar

Siyasət
 19-12-2023, 17:42     235

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan indiyə kimi bir neçə hökumət və dövlət başçısına “Togg” avtomobili hədiyyə edib. Sonuncu dəfə bu avtomobildən biri Macarıstan Baş naziri Viktor Orbana verildi. Bu jest dünya mediasının diqqətindədir. Xatırladaq ki, ötən ilin aprel ayında Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə də “Togg” hədiyyə edib.

Maraqlıdır, bu, “Togg diplomatiyası”dır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev qeyd edib ki, “Togg” avtomobilinin dünya liderlərinə təqdim edilməsi ənənəyə çevrilib:

“Türkiyə Prezidenti bu addımla müəyyən mesajlar verir. Məsələn, türklərin əliaçıq olmasını, hədiyyələşmə qaydalarını göstərmiş olur. Eyni zamanda Türkiyə sənayesinin necə inkişaf etdiyini, yeni nəsil avtomobillərin istehsalına başlandığını xəbər verir.


Ramiz Alıyev

“Bayraktar” dronları da bu qəbildən idi. Əvvəlcə eskizlərini digər ölkə liderlərinə nümayiş etdirirdilər, daha sonra isə sözügedən dronlardan 44 günlük müharibə, Rusiya-Ukrayna savaşı və Suriyadakı antiterror əməliyyatlarında istifadə olundu.

“Togg” avtomobilinin ilk sahiblərindən biri də Prezident İlham Əliyevdir. Ümumiyyətlə, bu avtomobil elektriklə işləyir. Yanacağa ehtiyac qalmadığı üçün yaşıl enerjiyə də dəstəkdir. Türkiyənin belə bir avtomobil istehsal etməsi və onu dünya liderlərinə hədiyyə verməsi həm də rəsmi Ankaranın ekoloji məsələlər həssas yanaşmasını göstərir”.скачать dle 12.1