Bia.Az

Gözlənilən namizəd seçkilərə qatılır: Azərbaycanla bağlı mühüm qərar veriləcək?

Siyasət
 19-12-2023, 01:21     298

“ABŞ prezident seçkilərində Respublikaçı Donald Trampın qalib gəlməsi istisna deyil”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, daxildə Trampın kifayət qədər tərəfdarı var:

“Üstəgəl, hazırkı prezident Co Baydenin xarici siyasətindəki bəzi uğursuzluqlar, habelə radikal addımlar mövcud iqtidara qarşı narazılıqları artırır. Əlbəttə, Baydenin reytinqinin azalmasında onun yaşının, tez-tez yıxılmasının, çıxışları zamanı çaşmasının, unutqanlığının da müəyyən rolu var. Tamamilə sürpriz bir şəxsin seçkilərdə qalib gəlməsi də mümkündür.
Ümumiyyətlə, nəticə təkcə seçki kampaniyasından yox, həm də “böyük şahmat taxtasında” baş verənlərdən asılıdır. Ukrayna və Yaxın Şərqdəki müharibənin gedişi, həmçinin Rusiya və Türkiyə ilə münasibətlərin hansı templə inkişaf etməsi seçkilərin nəticəsinə təsir edə bilər.

Kənan Novruzov
Tramp Baydendən fərqli olaraq radikal siyasətçi deyil. O deyib ki, hakimiyyətə gəlsə, Ukraynadakı müharibəni bir sutkaya bitirə bilər. Əlbəttə, bu, hər şeydən əvvəl manipulyasiya cəhdidir. Tramp xal yığmaq istəyir, ancaq nəzərə almaq lazımdır ki, onun Putinlə münasibətləri yaxşıdır. Fikrimcə, o, Ukraynaya dəstəyi birdəfəlik dayandırmaqla müharibəni bitirə bilər”.
Siyasi şərhçi qeyd edib ki, Tramp prezident seçilsə belə, Azərbaycana qarşı nəzərdə tutulan 907-ci düzəliş qərarı ləğv edilməyəcək:
“Doğrudur, Bayden bu qərarın əsas müəlliflərindən olub, amma Trampın da dövründə 907-ci düzəliş qüvvədə olub. Həm də fikrimcə, bu, bizim üçün o qədər də problemli məsələ deyil. Hərçənd 907-ci düzəlişin ləğvi ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər”.скачать dle 12.1