Bia.Az

Bakı və İrəvan Rusiyaya qarşı sanksiyaya qoşuldu

Siyasət
 18-12-2023, 16:08     317

AB-yə daxil olmayan 11 dövlət, o cümlədən Ermənistan və Azərbaycan AB Şurasının Avropa Maqnitski Siyahısını – Brüsselin insan hüquqlarının ciddi şəkildə pozulması ittihamı ilə tətbiq etdiyi məhdudiyyətləri daha bir il uzatmaq qərarına qoşulub.

BİA.az Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Dekabrın 4-də AB Şurası mövcud qadağanedici tədbirləri növbəti 12 ay üçün, yəni 2024-cü il dekabrın 8-dək uzadıb və məhdudiyyətlərə məruz qalan şəxslərin və təşkilatların siyahısını dəqiqləşdirib. Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova və Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonasının üzvləri İslandiya, Lixtenşteyn və Norveç, həmçinin Ermənistan və Azərbaycan AB Şurasının bu qərarına sadiq qalıblar”, - Borrell bildirib.


BİA.az
скачать dle 12.1