Bia.Az

“Loyallaşmışam, Müsavatdan çıxarılsam, özümə partiya yaradaram…” – Novella Cəfəroğlu

Siyasət
 15-12-2023, 15:02     274

Müsavat Partiyası loyallaşmayıb, öz yerindədir. Partiyada bolşevizm yoxdur, kim nə istəyirsə, onu deyə bilər. Partiya tənqidlə də çıxış edir. Məhəmməd Əmin Rəsulzadədən qalan 100 illik partiyadır. Növbədənkənar prezident seçkiləri barədə dediklərim mənim öz şəxsi fikrimdir. Müsavat yox, mən loyallaşmışam. Çünki siyasətçi olduğum üçün dünyadakı ümumi vəziyyəti analiz edirəm, prosesləri görürəm. Öz başımdan çıxış etmirəm, həm yerli, həm xarici bütün politoqların çıxışlarını oxuyuram. Dünya görmüş adamam. Bu yaşda fikrim özümünküdür, heç də Müsavatın fikri deyil. Müsavatda mənim kimi fikirləşən insanlar da var. Amma elələri də var, əksinə, deyirlər ki, Novellanı partiyadan çıxarın, bizim adımızı biabır edir. Müsavat öz fikrini özü deyəcək. Mən həmişə tənqid edirəm. Seçki ilə bağlı açıqlama verdiyim gün “Müsavat” qəzetində ayrıca müsahibə də vermişdim. Tənqid etdim ki, seçkiqabağı qadın jurnalistləri həbs ediblər, buna xoşum gəlmir. Partiyada tək mən yox, çox adam var ki, xoşuna gələni deyir, amma tənqidini də edir. Kommunistlər kimi “biz nə dedik, o olmalıdır” prinsipi yoxdur, demokratik mühit var”.

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.N.Cəfəroğlu növbədənkənar prezident seçkiləri barədə açıqlamasından sonra onu tənqid edənlərin bəzilərinin “Novella Cəfəroğlu YAP-a üzv olsun” demələrinə də münasibət bildirib: “Mən YAP-a niyə keçirəm? Özümə partiya yarada bilmirəm? Minlərlə insan mənə qoşular, bunu bilirəm. Çünki 30 ildə minlərlə insana köməklik etmişəm. Hələ imkanım var, danışa bilirəm, müsahibə verə bilirəm, gəncləri, qadınları yığaram başıma, elə bir qadın partiyası yaradaram ki, bütün Azərbaycanda nümunəvi olar, öz sözümüzü deyərik. Amma Müsavatdan qovsalar… Hələ ki qovmayıblar, oturmuşam. Müsavatdan heç yerə gedən deyiləm. Müsavatdan qovsalar, özümə partiya da yaradaram, niyə yaratmıram? Sözə baxın ey…”скачать dle 12.1