Bia.Az

"Partiya üzvləri yapışıblar ki, prezident seçkilərində iştirak etməlisən" - Sərdar Cəlaloğlu

Siyasət
 13-12-2023, 01:07     363

İki aydan sonra Azərbaycanda növbədənkənar prezident seçkiləri keçriləcək. Gələn il fevralın 7-nə nəzərdə tutulan prezident seçkilərində namizədlərin kimliyi hələlik bəlli olmasa da, bəzi ehtimallar irəli sürülür.

Buna görə də məsələylə bağlı ADP sədri Sərdar Calaloğluna müraciət etdik.

KONKRET.az-ın suallarını cavablandıran partiya sədri bildirdi ki, növbədənkənar prezident seçkilərinin elan edilməsi onun üçün gözlənilməz olub:

“Çünki cəmiyyətdə daha çox referendum və növbədənkənar parlament seçkiləriylə bağlı fikir dolaşırdı. Ona görə də heç kəs prezident seçkiləri haqqında düşünmürdü. Birdən-birə, qəflətən prezident seçkilərinin gündəmə gəlməsi hamını seytnota saldı. Çox az vaxt var, düşünürəm ki, sırf normal proses olacaq. Partiyamızda bu məsələ ilə bağlı hələlik bir qərar yoxdur. Açığı seçkilərdə namizəd olmaq fikirində deyiləm. Amma partiya üzvləri yapışıblar ki, yox, iştirak etməlisən”.

Daha sonra seçkilərdə namizədlərin kimiliyi ilə bağlı məsələyə toxunan partiya sədri bildirirb ki, istənilən adam alternativ ola bilər: “Burada hər şeyi xalq müəyyən edir. Tutaq ki, kimsə real namizəddir, guya nə baş verəcək? Real namizəd niyə görmürəm? Azərbaycanda real namizədlər çoxdur. Bunlar İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseynli, Mirmahmud bəydir. Amma bunlardan kimlərin namizədliyini verəcəyini deyə bilmərəm. Sən axı real namizəd nəyə deyirsən?”
скачать dle 12.1