Bia.Az

SON DƏQİQƏ: Ukrayna Krımı və Rusiyanı VURDU, Zaporojye əməliyyatı BAŞLADI - CANLI

Siyasət
 5-12-2023, 17:13     297

Ukraynanın Rusiyanın işğalı altındakı Krım yarımadasında partlayış baş verib. Musavat.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, partlayış Cankoy rayonunda olub. Məlumata görə, Rusiyadakı hərbi obyektlər vurulub və yarımadadakı zenit müdafiə sistemi işə düşüb. Qeyd edək ki, yarımadada sonuncu partlayış noyabrın 30-da baş verib. Zaporojyedə isə bir qrup rus hərbçisi məhv edilib.
“Avropa İttifaqı (Aİ) Ermənistanla xüsusən təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına sadiqdir”. Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos ötən gün Ermənistana gələn Avropa nümayəndə heyətinin səfəri haqda danışarkən belə deyib. “Yaxın vaxtlarda Brüssel Ermənistan silahlı qüvvələrinə “öldürücü olmayan dəstək” göstərmək məqsədi ilə konkret təkliflər hazırlamaq üçün İrəvana texniki missiya göndərəcək”, - o qeyd edib.

Vasilis Maraqos “öldürücü olmayan dəstəyin” nə demək olduğunu açıqlamayıb.

“Avropanın Ali Nümayəndəsi Josep Borrell artıq bu istiqamətdə işləmək öhdəliyini götürüb. Bununla belə, yaxın həftələrdə təfərrüatları təqdim edəcəyik. Bu sahədə konkret təkliflər hazırlamaq üçün bu ilin sonunda və ya ilin əvvəlində texniki missiyanın Ermənistana səfərinə hazırlaşırıq”, - deyə Maraqos bildirib. Brüsseldən verilən açıqlamada isə bildirilib ki, Aİ nümayəndə heyətinin İrəvanda keçirdiyi görüşlər zamanı Ermənistan və Aİ-nin təhlükəsizlik və müdafiə sahələrində dialoq və əməkdaşlığı davam etdirməkdə qarşılıqlı marağı bir daha təsdiqlənib. Xüsusilə, Avropa İttifaqı Avropa Sülh Platforması Çərçivəsi vasitəsilə Ermənistanın silahlı qüvvələrinə qeyri-öldürücü dəstək imkanlarını öyrənəcək.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
скачать dle 12.1