Bia.Az

ON DƏQİQƏ! Ermənistan müxalifəti Qarabağa görə AYAĞA QALXDI

Siyasət
 5-12-2023, 17:05     298

“Hakim “Vətəndaş sazişi” partiyası dürüstlük nümayiş etdirməli və onların siyasi xəttinin “Qarabağ Azərbaycandır” olduğunu birbaşa bəyan etməlidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində keçirilən müzakirələrdə “Ermənistan” müxalifət blokunun fraksiyasından olan deputat Artur Xaçatryan tərəfindən səslənib.

Xaçatryan iqtidar partiyası deputatlarının buraxdıqları səhvləri qəbul etmək yerinə “müxalifətə dərs keçdiklərini” bildirib. Bundan başqa, onun sözlərinə görə, Paşinyanın ətrafı dəfələrlə düşərgə dəyişdirmiş insanlardan təşkil olunub. Bu yerdə spiker Alen Simonyan müdaxilə edib. O qeyd edib ki, əgər Xaçatryanın sözü varsa, o zaman birbaşa danışmalı və ad çəkməlidir.

“Bu gün iqtidar tərəfdən ancaq mən danışmışam, indi isə düşünürəm ki, görəsən nə vaxt əvvəllər hakimiyyətdə olmuşam və sonradan düşərgə dəyişmişəm”, - deyə Simonyan sual edib.

Xaçatryan konkret olaraq Simonyanı deyil, hakim partiyanın digər üzvlərini nəzərdə tutduğunu bildirib.скачать dle 12.1