Bia.Az

“Ermənistan artıq Rusiyaya alternativ tapıb” – Hakim partiyanın deputatı

Siyasət
 23-11-2023, 01:25     287

“Rusiya bizə Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək”.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Ermənistan mətbuatına hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qaqik Melkonyan verib.
Onun sözlərinə görə, burada Moskvanın məqsədi Cənubi Qafqazda mövqeyini qoruyub saxlamaqdır: “Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Zəngəzur dəhlizinin həsrətini çəkir. Mariya Zaxarova bildirir ki, noyabrın 9-dakı razılaşmaya əsasən ruslar Zəngəzur yoluna nəzarət etməlidir. Yəni 9 noyabr razılaşmasının bir bəndini də yerinə yetirmədilər, Qarabağı ermənilərdən tam boşaltdılar, indi 9-cu bənd qalıb, gəlib bu ərazidə dayanmaq istəyirlər. Niyə? Biz öz yollarımızın təhlükəsizliyini təmin edə bilmirik? Qarabağlılar yerlərindən çıxarılıb, hərbçilərimiz əsir götürülüb. Bütün bunlar rusların razılığı ilə olub. Yavaş-yavaş ərazilərdən imtina edərək, sonda bütün Qarabağdan əl çəkdilər, indi də bu yolu istəyirlər”.

Melkonyan daha sonra absurd iddialar irəli sürüb: “Hələ 1990-cı illərdə düzənlik Qarabağ ermənilərdən təmizlənib. “Üzük” əməliyyatı Şaumyan(Goranboy –red.) və Getaşen(Çaykənd-red) şəhərlərini ermənilərdən azad etdi. Burada da eyni şeyi etdilər. İndi də Zəngəzuru istəyirlər. Bəs Zəngəzuru kim onlara tapşıracaq ki, bir aydan sonra onu geri verib azərbaycanlılara desinlər ki, bura sizin ərazinizdir? Rusiya yenidən diktə edən rolunda olmaq istəyir və biz qul statusu qazanmışıq”.

Onun sözlərinə görə, Ermənistan artıq başa düşüb ki, alternativ axtarmaq lazımdır və o, tapılıb: “Artıq bir çox ölkələrlə, hətta silahlarla bağlı müqavilələrimiz var. Onların xoşuna gəlmir. Onlar daim Qərbi tənqid edirlər”.скачать dle 12.1